GÜLTƏKİN HACIBƏYLİNİ PİS VƏZİYYƏTƏ KİM SALIB? – YENİLİK.AZ

GÜLTƏKİN HACIBƏYLİNİ PİS VƏZİYYƏTƏ KİM SALIB?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Parlamentin keçmiş deputatı Gültəkin Hacıbəyli hesab edir ki, onun AŞPA-ya girisi yasaqlanan şəxslərin siyahısına daxil edilməsi ədalətsizlikdir.
Xatırladaq ki, ötən gün AŞPA-nın müstəqil istintaq orqanı AŞPA-nın etik normaları pozan və öz hərəkətləri ilə bağlı açıqlama verməyən 29 nəfər keçmiş və indiki üzvünün siyahısını dərc edib. Onların arasında keçmiş deputat G.Hacıbəyli də var. G.Hacıbəyli Facebook səhifəsində yazıb ki, AŞPA İstintaq Qrupundan heç bir sorğu almayıb. Odur ki, onun əməkdaşlıqdan imtina etməsi barədə fikirlər əsassızdır.
“Şübhə etmirəm ki, bu, mənə qarşı təxribatdır. Çünki 2010-cu ildən ASPA üzvü deyiləm və 2012-ci ildəki proseslə bağlı məlumatlı ola bilmərəm. Azərbaycan hakimiyyətini tənqid etdiyim, rejimin korrupsion siyasətini ifşa etdiyim halda məni Avropa Şurasında korrupsiyaya bağlılıqda ittiham etmək gülüncdür”, – o yazıb.
Onun sözlərinə görə, bu siyahıya daxil edilməsinə AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin sabotajı səbəb olub. Məlum olub ki, Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin məktubu G.Hacıbəyliyə birbaşa göndərilməyib, AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin vasitəsilə göndərilib. “Səməd müəllim (AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov) isə təbii ki, məktubu mənə gördərməməyi məsləhət bilib”, – G.Hacıyeva yazıb. (Turan.az)

Related Articles