TƏHSİL NAZİRİNƏ YENİ MÜVİN TƏYİN EDİLDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Təhsil Nazirliyinin rəhbərinə yeni müavin təyinatı olub.

“Report” xəbər verir ki, müvafiq sərəncamla Məhəbbət Məhərrəm qızı Vəliyeva təhsil naziri Ceyhun Bayramovun müavini vəzifəsinə təyin edilib.

O bunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləyirdi.

Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub.

1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülüb.

Psixologiya üzrə fəlsəfə doktorudur.

2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib.

Təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Related Articles

+994 50 295 94 79
top