GÖYÇAYDAN NAZİRƏ ŞİKAYƏT ÜNVANLANDI – NARAZILIQ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Göyçay Rayon Baytarlıq idarəsinin nəzdində fəaliyyət göstərən Diaqnostik kabinetin müdiri Mətanət Qasımova öz işini bir kənara qoyub,vətəndaşların hər hansı bir səbəbdən ölmüş toyuq –cücələrində yarma işi aparmaqla məşğuldur.

Mətanət həkim 30-40 vətəndaşın cücə və toyuqlarında yarma apararaq diaqnoz qoyur,hər bir əməliyyat üçün hər adamdan 2-3 manat pul tələb edir.Həmin vətəndaşlara isə bunun müqabilində heç bir mədaxil qəbzi vermir.Bu hesabla Mətanət həkim əldə etdiyi pulu Kənd Təsərrüfatı İdarəsinin rəisi Elçin İsmayılovla ,Baytarlıq İdarəsinin rəisi və müavini ilə bölüşdürürlər.Mətanət həkim hətda mal-qaradan alınan qan nümunələrinin yoxlanılmasını da yaddan çıxarıb.Nəyə lazımdır ki,əziyyət çəkib qan alsınlar.Onsuz da Mətanət xanım pulla yazır axı.Əhsən Mətanət xanım kimi həkimlərə.Qadın olasan belə qorxmaz olasan.Məncə belə bir riskə getmək üçün hər kəsin arxası ,güvəndiyi biri olmalıdır ki, Mətanət xanımın da qorxmazlığının səbəbi onu hər zaman müdafiə edən Elçin İsmayılov,Ülvü Həsrətov , və Şəhliyar kimi nəhəng adamlar var.Biz mətbuat vasitəsi ilə Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovdan xahiş edirik bu qanunsuzluq faktını araşdırıb ciddi tədbir görsün.

İmza; Göyçay rayon sakinləri

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq… \\RegionXeberleri.com\\

Related Articles

+994 50 295 94 79
top