MİNGƏÇEVİRDƏ TƏXRİBAT YOXSA TEXNOGEN QƏZA? – İŞÇİLƏRİN TELEFONLARI ALINDI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Ötən gecə ölkənin qaranlığa qərq olması insanlar arasında təşviş yaratdı. Elektrik enerjisinin birdən-birə bir neçə saatlıq kəsilməsi bəzi sualların yaranmasına da gətirib çıxardı. Belə suallardan biri Mingəçevir İES-də baş vermiş qəzanın əlavə təsir və təxribat olub-olmama ilə bağlıdır. Düzdü, aidiyyatı qurumların hadisə barədə dərhal açıqlama verərək panikaya əsas olmadığını bildirdilər. Ölkə başçısı İlham Əliyev vəziyyəti nəzarətə götürdü.
Hadisə ilə bağlı ilk açıqlamalardan biri fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan gəldi. Onun hadisədən az sonra verdiyi açıqlamadan sitat: “Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb. Artıq ölkənin şimal və bəzi qərb rayonlarına elektrik enerjisinin verilməsi bərpa olunub. Digər ərazilərə də elektrik enerjisinin verilməsi üçün iş aparılır. Heç bir panikaya, narahatlığa əsas yoxdur”.
Energetika Nazirliyi və “Azərenerji” ASC ölkə ərazisinin elektrik enerjisində yaranmış fasilə ilə bağlı birgə operativ məlumat yaydı: ”Bir neçə gündür havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib. İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub. Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təminatı həyata keçirilib. Qısa müddət ərzində digər bölgələrdə də enerji verilişi yerinə yetiriləcək. Əlaqədar dövlət strukturlarında yaradılmış operativ əməliyyat qrupu və səhmdar cəmiyyətin mərkəzi dispetçer xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işlər həyata keçirir.
Criminal.az saytına daxil olan məlumata görə, hadisədən sonra güc strukturlarının əməkdaşları qəza baş verən əraziyə gəlib. Bütün işçilərin mobil telefonları alınıb. Bildirilib ki, telefonların alınması araşdırma ilə bağlıdır. Onların mobil telefonları hələ də özlərinə qaytarılmayıb.
Ölkənin bir anda qaranllğa qərq olması Azərbaycan ordusunun keçirdiyi möhtəşəm hərbi paraddan bir neçə gün sonra, eyni zamanda asayiş keçiçilərimiz olan polislərin peşə bayramı günü baş verməsi əlavə suallar yaradır.

Related Articles

+994 50 295 94 79
top