ELMAR VƏLİYEVİ KİMİN SİLAHI İLƏ GÜLLƏLƏYİBLƏR? – YENİLİK.AZ

ELMAR VƏLİYEVİ KİMİN SİLAHI İLƏ GÜLLƏLƏYİBLƏR?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd faktına görə saxlanılmış Yunis Səfərov Mühafizə Xidmətinin əməkdaşına hücum və tabel silahının oğurlanmasına görə axtarışda olub. Bu barədə “Sputnik Azərbaycan” Gəncənin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib. Xatırladaq ki, dünən – iyulun 3-ü axşam saat 20:30 radələrində Gəncə şəhər univermağının qarşısında bir kişi icra başçısı və onun cangüdənini güllələyib. Vəliyev Gəncə Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı 1983-cü il təvəllüdlü yerli sakin Yunis Səfərov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.3 və 120.2.7 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri həyata keçirilir. Ağır yaralı mühafizəçi helikopterlə Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb.
Vəliyevin palatasının önündə mühafizə var, onun yanına istintaq-əməliyyat qrupunun üzvlərindən başqa heç kimi buraxmırlar. Həmçinin məlum olub ki, Gəncə ŞİH başçısına “Makarov” tapançasından atəş açıblar.
Fakt üzrə saxlanılmış Yunis Səfərov artıq bir ildir ki, polis əməkdaşına hücuma görə axtarışda imiş. Səfərovun Gəncə Mühafizə İdarəsinin əməkdaşına hücum edərək ona bir neçə zərbə endirdiyi və onun xidməti silahını götürərək aradan çıxdığı bildirilir.

Related Articles