METRONUN FƏALİYYƏTİ BƏRPA EDİLDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran “Bakı Metropoliteni” işini bərpa edib. Trend xəbər verir ki, artıq bu gün saat 13:00-dan başlayaraq sərnişinlər metrodan istifadə edə biliblər.
Qeyd edək ki, dünən elektrik enerjisinin kəsilməsi nəticəsində “Bakı Metropoliteni” QSC-nin işində problem yaranmışdı. Bununla əlaqədar metrodakı bütün sərnişinlər təxliyə edilmişdi.
Bu gün səhər “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirmişdi ki, elektrik enerjisi tam təmin edilənə qədər metro sınaq rejimində çalışacaq.

Related Articles

+994 50 295 94 79
top