Tanınmış vəkil iki nəfərin ölümündə ittiham olunan şəxsə bəraət aldı – YENİLİK.AZ

Tanınmış vəkil iki nəfərin ölümündə ittiham olunan şəxsə bəraət aldı

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

İki nəfər şəxsin ölümündə ittiham olunan şəxsə bəraət verilib.

YENILIK.AZ xəbər verir ki, bu haqda tanınmış vəkil Adəm Məmmədov məlumat verib. Onun hüquqlarını müdafiə etdiyi Şaiq Həsənova məhkəmə bəraət verib:

“Dövlət ittihamçısı hüquqlarını müdafiə etdiyim şəxsə ömürlük azadlıqdan mərhum etmə cəzası, digər təqsirləndirilən şəxs Həsənov Şaiq Tahir oğluna isə 20 il müddətinə azadlıqdan mərhum cəzası istəmişdir. Buna baxmayaraq, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin ədalətli hakimi Elmin Rüstəmovun hökmü ilə təqsirlilikləri sübuta yetrilmədiyindən, hər iki şəxsə bəraət verilmişdir. Bununlada, ağır gunaha batmış və hazırda Şəmkir rayon prokuroru olan Azər Hətəmovun qondarma ittihamı darmadağın olundu.

Hüquqlarını müdafiə etdiyim şəxs Orucov Səxavət Oruc oğlu AR CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10, 120.2.11, 127.2.3, 181.3.2, 181.3.3, 221.3-cü maddələri ilə ittiham elan olunmuşdur.

Orucov Səxavət Oruc oğluna elan olunmuş ittihamda qeyd olunmuşdur ki, guya o Həsənov Şaiq Tahir oğlu və Aslanov Aqil İsrəfil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 sentyabr 2016-cı il tarixdə aşkar surətdə köməksiz vəziyyətdə olan Musayev Səxavət İrayət oğlunu tamah məqsədilə, quldurluqla əlaqədar, xüsusi amansızlıqla qəsdən öldürmüş və külli miqdarda əmlakı ələ keçirib öz aralarında bölüşməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında , silah qismində istifadə olunan əşyalar tətbiq etməklə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq etmişdir.
Bundan başqa, Orucov Səxavət Oruc oğluna elan olunmuş ittihamda qeyd olunmuşdur ki, guya o, 19 fearal 2014-cü il tarixdə gecə saat 03:30 radələrində Mirzəyev Sənan Ərşad oğlunun yaşadığı Tərtər şəhəri, Vasif Hüseynov küçəsi 2 nömrəli evin içərisinə daxil olaraq qisas niyyəti ilə sonuncunun ürək nahiyyəsinə təxminən 1 metr məsafədən atəş açmaqla Mirzəyev Sənan Ərşad oğlunun sağlamlığına qəsdən ağır zərər vuraraq onu qəsdən öldürmüşdür.
Digər təqsirləndirilən şəxs Həsənov Şaiq Tahir oğluna, Musayev Səxavət İrayət oğlunun qəsdən öldürmələrinə görə eyni ittihamlar verilmişdir.
Məhkəmə istintaqı zamanı sübuta yetrildi ki, qeyd olunan cinayət hadisələri törədilərkən Orucov Səxavət Oruc oğlu və Həsənov Şaiq Tahir oğlu cinayətin törədilmə yerində olmamışdırlar. Bu, tərəfimizdən dəvət olunmuş şahid ifadələri və telefon-danışıq anten dairəsi ilə, eyni zamanda digər mötəbər sübutlarla tam təsdiq edilmişdir.

Bu bəraət hökmünin qəbul olunmasında mənimlə birlikdə böyük əməkləri olan vəkil Zabil Qəhrəmanov və vəkil Səadət Seyidliyə, eyni zamanda ədalətli qərara görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmova təşəkkürlərimi bildirirəm!”

Related Articles