“CANGÜDƏNİN NƏ OLDUĞUNU BİLMƏDİM”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Sabiq nazir vəzifədə olduğu müddət ərzində cangüdən saxlamadığını bildirib.

Bizimyol.infoxəbər verir ki, sabiq rabitə naziri Siruz Abasbəyli (1992-97) özünün “Facebook” hesabında maraqlı paylaşım edib.

Siruz Abasbəyli yüksək çinli məmurların cangüdən saxlamalarına mənfi münasibət bildirib:
“Xeyrəddin Qoca statusunda yazır ki, konsul işləyəndə cangüdəndən imtina edib. Hörmətli Xeyrəddin müəllim, mən beş il rabitə naziri işlədim və bu məfhumun nə olduğunu bilmədim.

Xalqına vicdanla qulluq elə, xalq özü səni qorusun”.

 

Related Articles

+994 50 295 94 79
top