ELMAR VƏLİYEVƏ QARŞI SUİ-QƏSDİN İLGİNC TƏFƏRRÜATI: “SİLAHI GİPSDƏ GİZLƏDƏRƏK…”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 10
    Shares
İcra başçısını kim və niyə güllələdi; qanlı olayın arxasındakı sirr pərdəsi; Gəncənin rəhbərinə atəş açan şəxsin Rusiya vətəndaşlığı alması…
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Nəticədə başçı və onun mühafizəçisi yaralanıb. Baş verən olayla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə rəsmi məlumat yayıb. Həmin məlumatda deyilir: “İyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Hadisə anı haqda musavat.com-da özəl bilgilər var. Yunis Səfərov qısaqol köynəkdə olub. Silahı qoluna sarıtdığı gipsin içərisində xüsusi qaydada gizlədib. Gəncə İHB binası qarşısında Elmar Vəliyevin binadan çıxmasını gözləyib. Başçı tək bir mühafizəçi ilə – Qasım Aşbazovla binadan çıxıb. Giriş qapısının önündə isə 4 mühafizə polisi olub. Yunis Səfərov başçıya kənardan və hündürdən səslənərək, sözü olduğunu bildirib. Polislər onu əhatəyə alıb. Elmar Vəliyev geri dönərək, “buraxın gəlsin”, deyib. Yunis Səfərov qolu gipsdə, boynundan asılmış halda Elmar Vəliyevə yaxınlaşıb.
Gözlənilmədən, cəld hərəkətlə silahı qolundakı gipsdən çıxararaq, dalbadal Vəliyevə iki, mühafizəçiyə bir dəfə atəş açıb. Güllələrdən biri başçının qaşını yalayaraq, keçib, digəri qarın boşluğuna isabət edib. Qasım Aşbazova dəyən güllə isə ağız nahiyəsindən girərək, gözündən çıxıb. Daha sonra polislər Səfərovu yaxalayaraq, həbs ediblər…
İcra başçısına sui-qəsd etmiş Y.Səfərovun tutulandan az sonra Rusiya vətəndaşı olmasını təsdiqləyən pasportunun fotosurəti yayılıb. Məlum olub ki, Y.Səfərova həmin pasport Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Yəni Yunis Səfərov polisi döyüb silahını əlindən aldığına görə axtarışa verildikdən sonra Rusiyaya qaçıb və orada pasport alaraq yenidən Gəncəyə qayıdıb. Rusiyaya gedib qayıdana qədər onun bir hadisə ilə bağlı icra başçısı ilə qarşı-qarşıya gəldiyi, hətta hadisə zamanı icra başçısını ölümlə hədələdiyi haqda da iddialar var. 2011-ci ildə Gəncənin icra başçısı təyin olunan E.Vəliyev yaxşı idarəçi hesab edilir. Onun Gəncəyə rəhbərlyi dövründə şəhərin görkəmi yaxşı mənada dəyişib. Bununla belə, Elmar Vəliyevi tanıyanlar bilir ki, başçı Gəncəni özünün mal-mülki kimi idarə edir, bir çox hallarda tabeçilik məsələlərini də unudur.
KRİMİNAL.AZ

Related Articles

+994 50 295 94 79
top