“XƏZƏR TV”NİN İKİ RƏHBƏR İŞÇİSİ TUTDUĞU VƏZİFƏDƏN UZAQLAŞDIRILDI – YENİLİK.AZ

“XƏZƏR TV”NİN İKİ RƏHBƏR İŞÇİSİ TUTDUĞU VƏZİFƏDƏN UZAQLAŞDIRILDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
“Xəzər” telekanalında kadr dəyişikliyi baş verib.
Axşam.az xəbər verir ki, bu saatlarda telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsində çalışan Kənan Bayramov işindən uzaqlaşdırılıb. Eyni zamanda aparıcı Nəsib Nur da vəzifəsindən azad edilib. Qeyd edək ki, Nəsib Nur “Xəzər” FM-də direktor vəzifəsində çalışırdı. Daha sonra o, yeni yaradılan “Dalğa” TV-yə yaradıcılıq üzrə rəhbər təyin edilmişdi.
Məsələ ilə bağlı “Ölkə.Az”a “Xəzər TV”dən daxil olan məlumata əsasən,xəbər təsdiqlənib. Mənbənin məlumatına görə, hələlik boşalan yerlərə təyinat olmayıb.

Related Articles