YUNİS SƏFƏROVUN KİM OLDUĞU ÜZƏ ÇIXDI – YENİLİK.AZ

YUNİS SƏFƏROVUN KİM OLDUĞU ÜZƏ ÇIXDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsddə şübhəli bilinən Yunis Səfərov haqda müxtəlif informasiyalar dolaşmaqdadır. Sui-qəsddən az sonra belə bir məlumat yayıldı ki, Y.Səfərovla icra başçısının münaqişəsi olub. Hətta Y.Səfərovun başçını qisas alacağı ilə bağlı xəbərdarlıq etdiyi də yayılan məlumatlar arasında idi.
Daha sonra isə adı açıqlanmayan, amma özünü Y.Səfərovun xanımı kimi təqdim edən xanımın səs yazısı yayıldı. Həmin xanım Y.Səfərovun İmam Hüseyn yolunda Elmar Vəliyevi vurduğunu iddia edirdi. Eyni zamanda bildirmişdi ki, Y.Səfərov həbsdə olan dindar Taleh Bağırzadəyə qarşı edilən haqsızlığa etiraz olaraq belə bir addımı atıb.
Lakin mühacirətdə olan jurnalist qənimət Zahidin yazdığı məlumatdan sonra Yunisin avam fanatik olması inandırıcı görünmür. Q.Zahid ”Facebook” statusunda yazıb ki, Yunis Səfərov “radikal- ekstremist” filan deyil: ”Moskva Mədəniyyət və İncəsənət Universitetinin hüquq fakultəsini bitirib. Sonra Moskvada 157 nömrəli orta məktəbdə tarix müəllimi işləyib. Məktəbin keçmiş direktoru ilə danışa bildim. “Yunis olduqca mədəni, ziyalı, kübar bir gəncdi”- dedi”.

YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə “Yeni Müsavat”a açıqlamasında səslənən iddiaları təkzib edib: “Taleh Bağırzadənin ora nə aidiyyəti var? Taleh Bağırzadə Gəncədən deyil. Onun törətdiyi cinayətlər Nardaranda baş verib və burada da həbs olunub. Belə olan təqdirdə onun Gəncəyə nə aidiyyəti var? Burada dini amildən söhbət gedə bilməz. Bunu ortaya atanlar da Azərbaycanda məzhəb qarşıdurmasını salmaq istəyən insanlardır. Bu, çox təhlükəli məsələdir. Ona görə də bütün dindarlar, aidiyyəti strukturlar bu məsələyə münasibətini bildirməlidir. Bu günə qədər Azərbaycanda dini məzhəbə görə kiməsə qarşı hər hansı sui-qəsd, terror, yaxud təxribat olmayıb. Bu günə qədər Azərbaycanda müəyyən qüvvələr qeyri-qanuni hansısa dini cərəyanlarda fəaliyyət göstəriblər, onlar da qanun qarşısında cavab veriblər”.

Related Articles