KEÇMİŞ BAYTAR KƏMALƏDDİN HEYDƏROVA MÜAVİN TƏYİN EDİLDİ – YENİLİK.AZ

KEÇMİŞ BAYTAR KƏMALƏDDİN HEYDƏROVA MÜAVİN TƏYİN EDİLDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Prezident İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinə yeni müavin təyin edilib. APA-nın məlumatına görə, Nazim Məmmədov fövqəladə hallar nazirin müavini təyin edilib.
Qeyd edək ki, Nazim Məmmədov buna qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
Criminal.az xatırladır ki, Nazim Məmmədov Ordubad rayonunda anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb. Karyerasındakı yüksəliş isə 1995-ci ildən – Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb.
O, 1994-ci ildə, 44 yaşı olarkən tələbə adını qazanıb. Təfəkkür Universitetinin hüquq fakültəsinin ikinci kursunda oxuyarkən, 1995-ci ildə DGK-nə işə düzəlib. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Related Articles