FHN “QUBA PALACE HOTEL”DƏKİ HADİSƏ BARƏDƏ MƏLUMAT YAYDI – YENİLİK.AZ

FHN “QUBA PALACE HOTEL”DƏKİ HADİSƏ BARƏDƏ MƏLUMAT YAYDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Fövqəladə Hallar Nazirliyi Qubadakı oteldə baş verən qəza ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, nazirliyin məlumatında deyilir:

“Kütləvi informasiya vasitələrində Quba rayonunda “Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının “SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb.

Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.

Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır”.

Related Articles