GEDİŞ HAQQINI VERMƏMƏK ÜÇÜN TAKSİ SÜRÜCÜSÜNÜ DÖYDÜLƏR – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Yakutiyada 4 sərnişin gediş haqqını ödəməmək üçün taksi sürücüsünü kərpiclə döyüb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “SakhaPress” məlumat yayıb.

Məlumatlara görə, hadisə Xabarov küçəsindəki çoxmərtəbəli binalardan birinin həyətində baş verib. Gənclər taksidən enən zaman pul ödəmək istəməyib və sürücüyə hücum çəkiblər.

Onlar sürücünü yerə sərib və başına kərpiclə vurublar.

Bina sakinləri hadisəni mobil telefonun kamerası ilə lentə alıblar. Sakinlərdən biri dəyənəklə sürücünü həmin şəxslərin əlindən xilas edə bilib.

Hadisə yerinə polis əməkdaşları gəlib və sürücüyə hücum edən gənclər saxlanılıb. Onlardan biri polisin əlindən qaça bilib.

Related Articles

+994 50 295 94 79
top