“ÖLKƏDƏ QARŞIDURMA YARATMAQ İSTƏYƏNLƏR DİNDƏN İSTİFADƏ EDİRLƏR” – MÜBARİZ QURBANLI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
“Gəncədəki din adı altında baş vermiş hadisə əvvəldən təşkil olunmuş terror hadisəsidir və bunu təşkil edənlərin məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər: “Bununla onlar dini də təhrif edirlər”.
Komitə sədri qeyd edib ki, Azərbaycan güclü dövlətdir və bu cür təxribatların öz məqsədinə çatmasına imkan verməyəcək: “Gəncədəki hadisənin dinə aidiyyəti yoxdur. Bumunla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, saxlanılanlar var və tezliklə hadisənin arxasında dayanan daxili-xarici qüvvələr ifşa edilib, ictimaiyyətə elan olunacaq. Hadisəni törədəni dəstəkləyənlərə nəzər yetirdikdə – hansı ki onlar hətta Ermənistanda oturaraq Azərbaycan əleyhinə təbliğat aparanlardır – o zaman məsələ aydın olur. Bu, ölkəmizə qarşı terror hadisəsidir”.
///APA

Related Articles

+994 50 295 94 79
top