”SUMQAYIT İCRA HAKİMİYYƏTİNDƏ BİZİ 5 AY “YOLA VERDİLƏR”,”KARVAN”IN SAHİBİ İSƏ BİZİ ORADA TƏHQİR ETDİ” – YENİLİK.AZ

”SUMQAYIT İCRA HAKİMİYYƏTİNDƏ BİZİ 5 AY “YOLA VERDİLƏR”,”KARVAN”IN SAHİBİ İSƏ BİZİ ORADA TƏHQİR ETDİ”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

TİA.AZ-ın redaksiyasına Sumqayıt şəhər sakinləri  Füzuli Quliyev, Şiralı Əsgərov  müraciət edərək  bildirirlər ki, 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verən zaman külli miqdarda maddi zərərə düşməkləri məhkəmədə  təsdiqlənsə də onlara dəyən “Karvan” ın rəhbərliyi tərəfindən 5 ildir zərər ödənilmir.Onlar həmçinin Sumqayıt icra hakimiyyətinin məsələyə münasibətindən  giley edirlər.

Şikayətçilərin məktubunu olduğu  təqdim edirik:

“Hörmətli redaksiya, bizim külli miqdarda maddi zərərə düşməyimiz haqda şikayətlərimiz dəfələrlə mətbuatda işıqlansa da , bu barədə 5 il ərzində müraciət etmədiyimiz qurum qalmasa da, şikayətlərimizin çəkisi fantastik dərəcəyə- 15 kq-a çatsa da problemimiz öz həllini tapmır. Bizə-Sumqayıt sakinlərinə 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verən zaman ümumilikdə 325 min manat zərər dəyib və zərərin miqdarı məhkəmə tərəfindən rəsmən təsdiqlənib. (Şiralı Əsgərova 170 min, Füzuli Quliyevə 55 min, Dilavər Abdullayevaya (bu yaxınlarda dünyasını dəyişib)100 min manat ) Ancaq buna baxmayaraq 2016-cı Ağamirzə Əhədov öləndən sonra atasının yerinə “Karvan”ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov(Kamil Əhədov Ağamirzə Əhədov ölməyənəcən onun müavini gedirdi) ədalətsiz olaraq bizə dəyən zərəri ödəmək istəmir.

Dəfələrlə prezidentə,birinci vitse-prezidenti Mehriban Əliyevaya,bir çox məsul şəxslərə,baş prokurora,deputat Qənirə Paşayevaya və sairələrinə müraciət etmişik.Bundan artıq biz nə etməliyik?! Keçən ay,iyunun 4-də məhz öz haqqımızı tələb etmək uğrunda bizimlə bu mübarizdə 5 ildən çox xəstə-xəstə mübarizə aparan ,xərçəng,şəkər xəstəsinə çevrilən ,xəstə-xəstə Sumqayıt icra hakimiyyətinin binasının qabağında səhər saat 10-dan axşam demək olar ki,19:00-can,10 saatdan çox icra hakimiyyətinin ya qəbul şöbəsində,ya da çölündə dayanan,dəfələrlə saatlarla Prezident Prezident Administrasiyasının qabağında gözləyən Dilavər Abdullayevanın vəziyyəti pisləşdi və koma vəziyyətinə düşərək vəfat etdi.

 

Amma inanmırıq ki,belə şeylər “Karvan”ın rəhbəri Kamil Əhədova və onun havadarlarına təsir edə.Çünki o elə icra hakimiyyətində bizimlə axırıncı görüşdə dedi ki:”Hara istəyirsiz şikayət edin,onsuz da xeyri yoxdur,mən sizə pul-zad verən deyiləm,mənə heç kim heç nə edə bilməz, nə bacarırsız,hara şikayət edirsiz edin,hamısı boş şeydir,məhkəmə qərarı var, vəssalam. Hələ məndən  nə qədər yazırsız mətbuatda…”

Xatırladaq ki, Prezident Administrasiyasına , Sumqayıt icra hakimiyyətinə çoxsaylı get-gəldən ,tələblərimizdən sonra icra başçısı Zakir Fərəcov axır ki,bu il martın 12-də səyyar qəbul-görüş çərçivəsində bizi qəbul etdi. Görüşdə Zakir Fərəcova bizim üçümüzü də dinlədi və müavini, Fəzail Hüseynova göstəriş verdi ki,bizim problem araşdırılsın və qarşı tərəf-”Karvan”ın rəhbərliyinə bildirilisin ki,dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir və bu barədə yazılı göstəriş də verdi.Bir sözlə icra başçısı bizi ümidləndirdi ki,məsələ  müsbət həllini tapacaq.Amma sonradan bizə aydın oldu ki,bu sadəcə bir oyun imiş.Sadəcə olaraq bizi-get-gələ salaraq, “prezident seçkidən sonra gələrsiz ,sabah gələrsiz, filan günü gələrsiz “deyə-deyə vaxtı uzatdılar və axırda da çətinkilə  iyunun 22-də icra hakimiyyətinin binası qarşısında Zakir Fərəcova ayaqüstü uzadan söz deyərək, qabağını kəsib onunla 5-10 saniyə danışmağa müvəffəq olanda o bildirdi ki,”bu məsələ köhnə məsələdir,mənim dövrümdə olmayıb,mən nə bilim siz “Karvan”ı bu beş ildə nə iş görmüsüz,mən nə edə bilərəm?!

 

Gedin məhkəməyə müraciət edin” dedi. Halbuki bizimlə birinci görüşdə-səyyar qəbulda tamam başqa şey deyirdi. Düzdür sonrdan biz vəziyyəti təzədən deyəndə,icra başçısı dedi “3-cü gün –(ayın 27-i) gələrsiz qəbul edəcəm danışarıq” Sual olunur ki,əgər icra başçısı bunu etməyəcəkdirsə,onda niyə bu 5 ay ərzində bizi ümidli saxlamışdı və əgər bu onun səlahiyətində deyildisə və bunu bacarmayacaqdısa,elə əvvəlcədən də deyərdi ki,”məhkəməyə müraciət edin bizlik deyil”.

 

Halbuki bildiyimiz odur ki,icra başçısı şəhərə böyük söz sahibidir və real olaraq bir çox şeylərə təsir edə bilir.Bələ,ola bilsin bu işdə Zakir Fərəcovun Kamil Əhədovla qohum olması rol oynayır?(Kamil Əhədovla Zakir Fərəcovun qardaşı,deputat Nizami Fərəcov qudadırlar). Bundan başqa icra hakimiyyəti başçısı özü söz verdiyi  kimi iyunun 27- i bizi qəbul etmədi .Bizi həmişəki kimi  onun müavini Fəzail İyunun 30-u qəbul etdi və dediyimiz kimi Kamil Əhədovla görüşdürdü. İcra hakimiyyətində baş tutan görüşdə isə Kamil Əhədov kobud ifadələrlə bizi təhqir etdi,bizə qarşı şərəf və ləyaqəti alçaldan sözlər dedi,bizi yanan mallarımızın məbləğini şişirtməkdə ittiham etdi,bizi hətta reketçilikdə ittiham edərək ondan pul almaq istəməyimizi bildirdi. Sual olunur,nə vaxtdan sahibkarın öz halal pulunu istəməsi reketlik olub?!Bundan başqa biz ondan fərqli olaraq insaflı olduğumuzdan dəyən zərərin heç də hamısını yox ,müəyyən miqdarını istəmişik.Ona bildirmişik ki,gücü çatan köməyi etsin.Bu barədə elə icra başçısı da yazılı göstəriş vermişdi,demişdi ki,qarşı tərəfə deyilsin ki, bizim zərərin müəyyən qismi ödənilməlidir.

Hətta Kamil Əhədov Fəzail Hüseynovun kabinetində ,icra hakimiyyətinin binasında Füzuli Quliyevə dedi ki”sənin nəslində bir kişi yoxdur sənə kömək etsin?!”.Biz onun bu haqsız danışığını cavablandırdıq və ona yanan malların məbləğinin heç də şişirtmədiyini ona sübut etdik.Dəhşət orasındadır ki,illərlə bu adama yerpulu verən biz,malları yanan,bunların ucbatından külli miqdarda ziyana düşən və bu səbəbdən çətin maddi duruma,mal yiyələrinə borclu qalan,devalvasiya nəticəsində itirən biz, amma bu adam çəkinmədən,ən azından insan kimi halmıza acımaq əvəzinə allahsızcasına bizi günahkar bilir,bizi ittiham edir.Halbuki hüquqi baxımdan da bizə dəyən zərəri o ödəməlidir,çünki təhlükəziliyə o cavabdeh olub və ticarət mərkəzini də o ümumən sığortalayıb və külli miqdarda sığorta pulunu alıb. Bu adam kimlərəsə güvənib görün nə qədər arxayındır ki,bizə deyir ki,”canınız çıxaydı mallarınızı sığortalayardız”.Halbuki dediyimiz kimi mallarımızın təhlükəzsizliyinə o cavabdeh olub.

Bu barədə məhkənənin çıxartdığı qərar da var.Birinci görüşdə icra başçısı Zakir Fərəcov hətta məsələ ilə tanış olub icra hakimiyyətinin hüquqşünasına dedi ki,”sığorta məsələsini kənara qoyun,bu adamların pulunu vermək lazımdır”. 2017-ci il yanvarın 30-u Sumqayıtda vətəndaşları qəbul edərkən Baş prokuror Zakir Qaralov bizi də qəbul etdi bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir. 2017-ci il, 23 apreldə Zakir Qaralov şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki, aşağıda adıçəkilən şəxslərə dəyən zərər təxirə salınmadan aradan qaldırılsın. Zakir Fərəcov bizimlə görüşdə yazılı şəkildə müavini Fəzail Hüseynova göstəriş verdi ki, bizim problem araşdırılsın və qarşı tərəf-”Karvan”ın rəhbərliyinə bildirilisin ki, dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir.

Bu aylar ərzində Fəzail Hüseynov bizi inandırmağa çalışırdı ki,bizim pulumuzun verilməsinə ən əsas Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsinin müdiri vəzifədə işləyən polkovnik-leytenant Mübariz Əhədov süni əngəl törədir,zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir,pulu ödəməmək üçün maneə törədir.

Bildirilirdi ki,”Karvan”ı qeyri-rəsmi,dövlət məmuru ola-ola qanunsuz olaraq idarə edən Mübariz Əhədovdur.Lakin icra başçısı ilə görüşən Mübariz Əhədov icra hakimiyyətinin binasında iyunun 22-si bizə dedi ki,”mənim adımı niyə mətbuatda hallandırırsız,ticarət mərkəzinin sahibi onun qardaşıdır,”gedin ona deyin,mənlik heç nə yoxdur,mənim “Karvan”a heç bir aidiyyatım yoxdur”.Biz hər dəfə Fəzail Hüseynovun qəbuluna düşmək üçün belə yüzlərlə dəfə ona zəng edib buna nail olmuşuq. Son günlər də Zakir Fərəcovun köməkçisi,həm də deyilənə görə yaxın qohumu Yalçın Fərəcova zəng edərək icra başçısın qəbulun düşmək istəmişik.

Amma icra başçısı özü şəxsən qəbul edəcəyini söz versə də bizi yenə,o da çətinliklə Fəzail Hüseynov qəbul etdi və biz soruşanda ki,”niyə icra bizi qəbul etmədi axı o söz verdi?” o bildirdi ki,”ehtiyac yoxdur”. Bütün bu maneələrdən,qarşılaşdığımız haqsızlıqlardan sonra bizə belə qənaətə gəlirik ki,bizi icra hakimiyyətində indiyəcən yola veriblər,yalançı vədlər veriblər.Əvəzində ikibaşlı oyun oynaraq qarşı tərəfə tərefkeşlik edilib. Fəzail Hüseynov sözdə bizim problemi həll etməyə çalışan kimi göstərsə də görünən odur ki,elə əvvəlcədən bizə qarşı qarşı tərəflə razılaşdırılaraq oyun oynalınılıb. Bu cür yanaşma ilə məmurlar vətəndaşları narazı salırlar.Bu da onu göstərir ki,onlar prezidentin xalqa xidmət etmək haqda məmurlara verdiyi tapşırıqlarına yerlərdə məmurlar məhəl qoymurlar.

Görünən odur ki,bizim halda, vətəndaş qəbul olunur ,necə ki,biz qəbul olunduq icra başçısı tərəfindən ,amma bu görüntü xarkteri,formal xarakter daşıdı.Əgər bizim problem ,haqlı şikayətimiz həll olumayacaqsa,problemimiz həll onda bu qəbulun nə mənası var?Belə çıxır qəbul sadəcə ad olsun ki,”qəbul keçirildi” üçündür .

Bütün bunlardan başqa bizə ,çox maraqlıdır ki,biz bu barədə hörmətli prezident İlham Əliyeva yüzlərlə,hətta 1000-lərlə şikayət məktubu yazsaq da bizə indiyəcən bir dəfə də olsun cavab gəlməyib. Axı bu necə ola bilər?Biz inanmırıq ki,prezident  bu şikayətlərimizə  reaksiya verməsin.Belə çıxır bu məktublar Prezident Administirasiyasının məsul işçisi,Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vəfadar Bağırov tərəfindən gizlədilir,kənara qoyulur.Əks halda bizə ən azından etdiyimiz yüzlərlə müraciətin birinə heç olmasa cavab gəlməli idi.

Axı biz həmin müraciətlərdə ünvanlarımızı göstərmişik.Yəni ola bilməz ki,dövlət başçısına rəsmi müraciətlərimiz əgər ünvana çatırsa bu illər ərzində bir dəfə də olsun ordan cavab gəlməsin.

Bu biabırçılıqdır,qanunsuzluqdur,prezidentin tapşırıqlarına məhəl qoymamaqdır.Bizi sadəcə məmurlar icra hakimiyyətində,PA-da “yola verirlər”,başımıza aldadırlar.Belə edirlər ki,biz öz haqqımızdan bezib əl çəkək. Prezidentin Administrasiyasının həyətindəki şikayət məktublarının qəbulu otağındağı poçt qutusuna da əlbəəl qutuya atmışıq. Prezidentə ünvanladığımız məktublardan cavab almamağımız barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılova da dəfələrlə məktub göndərmişik,amma digər məktublarımız, müraciətlərimiz kimi ondan da heç bir rəsmi cavab almamışıq.

Füzuli Quliyev-(055) 642 42 69

İcarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov Şiralı Əsgərov (050) 399 81 77

 

 

Related Articles