AZƏRBAYCANLI İDMANÇI QƏZA TÖRƏTDİ – NAZİR MÜAVİNİNİN OĞLU HƏDƏLƏDİ – YENİLİK.AZ

AZƏRBAYCANLI İDMANÇI QƏZA TÖRƏTDİ – NAZİR MÜAVİNİNİN OĞLU HƏDƏLƏDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Keçmiş ağır atlet Zülfüqar Süleymanovun maşınını əlindən alıblar.
Mia.az xəbər verir ki, unikal.org-a danışan Z.Süleymanov haqsızlıqla qaşılaşdığını dilə gətirib. Bildirib ki, avtomobili və sənədləri qanunsuz yolla əlindən alınıb:
“Maşınımla məhəllədən ara küçəyə dönən zaman qarşıma anidən bir xanım çıxdı, özünü itirdiyindən irəli-geri çəkildi qəza baş verdi. Belə ki, onu vurdum. Xoşbəxtçilikdən heç nə baş vermədi şokda idi. Yıxıldığına görə qolu və ayağı ağrıyırdı. Tez maşından düşüb israrla maşına mindirdim ki, gedək xəstəxanaya isti-isti yoxladaq.
Yolda dedi ki, məni evə apar ehtiyac olarsa sənə zəng vuraram(nömrəmi vermişdim). Xahiş etdim ki, etiraz etməyin, müayinə olunsun. Qoymadı dedi maşını evimə sür. Evində düşürüb yoluma davam etdim. 1 saat sonra mənə tanımadığm nömrədən zəng gəldi. Telefonu açan kimi məni hədələməyə başladı: “sən adam vurub qaçmısan. Mən nazir müavininin oğluyam. Sənin başına oyun açacam. 15 dəqiqəyə burda ol”.
Telefonu üzünə söndürdüm. Maşınla vurulan xanıma zəng etdim. Dedim ki, nə məsələdir, nəsə lazımdır?! Dedi “Gəl məni apar, qolumu rentgenə sal. Bu mənim müdirimdir, ona oğlum deyib. O da aranı qatıb”. Dedim yaxşı 30-40 dəqiqəyə çataram sizə. Bu adam yığmaqda və təhdid etməkdə davam edirdi. Ad soyadını da demirdi. Özüm qanunla olsun deyə, 102-ə yığıb hadisə barədə məlumat vermişdim. Qadıngilin evinə çatanda gördüm uzanıb, yanında da binanın xadiməçisi var. Soruşdum nə olub, mən sizə təklif etdim, gedək həkimə, istəmədiniz. Bildirdi ki, mənlik bir şey yoxdur, “oğlum gözüçıxmış müdirə deyib, o da aranı qatıb, mən şikayətçi deyiləm”. Yığdı oğluna ağzına gələni dedi. Bir az sonra oğlugil də gəlib çıxdı. Canlı-qanlı nazir müavininin oğlu ilə…
Başladılar atılıb-düşməyə. Dedim kimdir bayaqdan hədələyən nazir müavinin oğlu? Əl-qol atdı ki, gəl ürəyin hara istəyir gedək. Qadın qaldı orada bunu maşına dəvət elədim ki, gəl gedək… 3 maşınla olduq”.
İdmançı maşının əlindən alınması ilə bağlı bunları deyib:
“Hara getdiyimizi soruşdu. Dedim idarəyə, aydınlaşdıraq görək nəyin artıq düşüb. Söhbət yaxşı getmirdi, həmin an Abşeron polis idarəsindən tədqiqatçı Z.T zəng vurdu ki, “tez gəlin bura”. Müavin oğlu biləndə ki hara gedirik tez telefonu ilə dostuna zəng etdi. İdarədə məndən yoxlamaq üçün sənədlərimi aldılar. Özümü də respublika narkoloji dispanserə apardılar. Sonra Abşeron polis idarəsinə qayıtdıq. Orada da maşını və açarı aldılar ki, qadını dilə tutublar səndən şikayətçi olacaq (yalandan). Qoy qalsın burda özündə get çağıracağıq. Dedim, axı mən izahat yazmalıyam dedilər ki, get özümüz çağıracağıq. Yolda olanda əməkdaşa zəng gəldi, dedi müəllim yanımdadır, danışa bilmirəm, yaxşı olacaq əmin olun”.

Related Articles