DƏLƏDUZLUQDA İTTİHAM OLUNAN DEPUTAT OĞLU: “MƏN HƏMİN PULA ZAMİN DURMUŞAM”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib.

Yenilik.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində deputat Elmira Axundovanın oğlu Həbib Axundov ifadə verib.

O, dindirilən zaman qeyd edib ki, E. İbrahimov Fərman Məmmədovdan iş qurmaq adı ilə 450 min manat pul alıb: “İş qurulmaq üçün bu məbləğ alınıb. Mən də həmin məbləğə zamin durmuşam. Fərmanın başqa vaxt Elnura  verdiyi 140 min manatdan isə xəbərsizəm. Həmin pulu mən olmadan verib. Fərmanın özünə 125 min manat pul qaytarmışam”.

Digər zərərçəkmiş Fərman Məmmədov isə ifadəsində söyləyib ki, H.Axundova biznes qurmaq adı ilə ümumilikdə 575 min manat pul verib: “Həbib zəng edib, Elnurun adamları tərəfindən tapıldığını və bağ evində olduğunu dedi. Dedi, sən də ora gəl.  Mən bağ evinə getdim.  Elnur kimlərdən pul aldığını etiraf etdi. “Mən Elnur tanımıram” dedim, pulumu Həbibdən istəyirəm. Dəymiş zərərdən 250 min manat pulu deputat Elmira Axundova mənə qaytarılıb”

Məhkəmə gələn həftə davam edəcək.

İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Related Articles

+994 50 295 94 79
top