İCRA BAŞÇISI İLƏ DEPUTAT QƏZA YERİNDƏ – YENİLİK.AZ

İCRA BAŞÇISI İLƏ DEPUTAT QƏZA YERİNDƏ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
“Ağsu rayonu Bico kəndi ərazisində quru otlaq sahələri yanır. Rayon ərazisində olan FHN-nin bütün yanğınsöndürən maşınları hadisə yerinə cəlb edilib”.
Yenilik.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Ağsu rayonundan seçilən deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, bir qədər əvvəl Ağsu rayonun Suraxanı kəndində icra başçısı Ənvər Seyidəliyev ilə birlikdə vətəndaşların qəbulunu keçirirdilər:
“Hadisəni eşidən kimi, icra başçısı aidiyyati qurumlara göstərişlərini verdi. Hazırda icra başçısı ilə birlikdə hadisə yerinə gedirik”.

Related Articles