NAZİRLİYİN ŞÖBƏ MÜDİRİNƏ QARŞI ŞOK İDDİALAR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bir qrup Zərdab sakini əkin və fərdi mənzil tikintisi üçün torpaq sahələrinin əlindən alındığını iddia edirlər

Bizimyol.info -ya müraciət edən Zərdab rayonu Dəliquşçu kənd sakinləri Abdullayev Hafis Balaca oğlu, Mehraliyev Araz Qardaşxan oğlu, Mirəliyev Cəlal Sırac oğlu və Mehralıyeva Məhluqə Niftalı qızı Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri barəsində şikayətçi olduqlarını bildiriblər.

“Əslən Zərdab rayonunun Dəliquşçu kəndindən olan Eldəniz Həsənov Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiridir. Onun əmisi oğlu Vüsal Həsənov Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin şöbə müdiridir.

Vüsal Həsənovun həyat yoldaşı Aytən Əzizbəyli həmin nazirlikdə vəzifədə işləyir. Aytən Əzizbəylinin dayısı Mikayıl Nuriyev isə nazirliyin maliyyə şöbəsinin müdiridir. Eldəniz Həsənovun qardaşı Hamiz Həsənov orta təhsilli olsa da, “Aqroliznq” Zərdab şöbəsinin müdiridir. Bu qohumlar Kənd Təsərrüfatı Nazirliyində böyük bir korrupsiya şəbəkəsi yaradıb talançılıqla məşğul olurlar”,-deyə müraciətdə bildirilib.

Şikayətçilər qeyd edib ki, Eldəniz Həsənov və Vüsal Həsənov 20-dən çox ailəyə məxsus sənədli əkin və fərdi mənzil tikintisi üçün torpaq sahələrini saxtakarlıqla qanunsuz olaraq əlindən alıb özününküləşdiblər. Qarabağ müharibəsi veteranı Zərdab rayonu Dəliquşçu kənd sakini Abdullayev Hafis Balaca oğluna məxsus 12 sot torpaq sahəmi Eldəniz Həsənovun göstərişi ilə əlindən qanunsuz olaraq alınıb onun qardaşı Namiz Həsənovun adına sənədləşdiriblər. Hansı ki, həmin torpaq sahəsini 2004-cü il tarixdə Dəliquşçu bələdiyyəsindən dövlət rüsumunu ödəyərək qanunu qaydada alıb. Eldəniz Həsənov H.Abdullayevə məxsus torpağı qardaşının adına sənədləşdirib.

Zərdab rayonu Dəliquşçu kənd sakini Mehrəliyev Araz Qardaşxan oğlu da bildirib ki, atası Qardaşxan Mehrəliyev 2001-ci il tarixdə Dəliquşçu bələdiyyəsindən heyvandarlığın inkişafı məqsədi ilə 10 hektar torpaq sahəsini 15 illik müqavilə əsasında icarəyə götürüb. Həmin torpaq sahəsində 18 nəfərdən ibarət Mehrəliyev ailəsi əkib-becərib və heyvandarlıqla məşğul olub. Həmin icarə müqaviləsində qeyd edilən şərtlərə əməl edilməsinə və hər il icarə pulunu vaxtlı-vaxtında ödəməsinə baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənov və “Aqrolizinq” ASC-nin əməkdaşı Vüsal Həsənovun göstərişi ilə həmin torpaq sahəsi 2014-cü il tarixdə əlimizdən qanunsuz olaraq alınaraq Namiz Həsənovun adına sənədləşdirilib.

İndi həmin 10 hektar torpaq sahəsində Eldəniz Həsənov və Vüsal Həsənov özlərinin ferma təsərrüfatı üçün taxıl və yonca əkdiriblər. Bu şəxslərin Dəliquşçu kəndində on min başdan çox iri və xırda buynuzlu heyvan saxlanılan böyük fermaları var.

Zərdab rayon sakini Mirəliyev Cəlal Sırac oğlu bildirib ki, 2006-cı il tarixdə Zərdab rayonunun Qoşaoba kəndindən fərdi mənzil tikintisi üçün 7 sot torpaq sahəsini bələdiyyə sədri Xələf Hacıyevdən alıb. Orada bağ salıb və mənzil inşa etdirməyə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənov qanuni sənədli torpağının qanunsuz olaraq əlindən alaraq Əli Həsənovun adına sənədləşdirdiyini iddia edib. Həmin 7 sot torpaq sahəsinin yanında əlavə olaraq 1 hektar torpaq sahəsi də digər oğlu Farizin adına sənədləşdirib böyük bir bağ salıb.

Zərdab rayonu Dəliquşçu kənd sakini Mehralıyeva Məhluqə Niftalı qızı da bildirib ki Eldəniz Həsənov Mehralıyev ailəsinə məxsus torpağı qanunsuz olaraq sahiblənərək qardaşının adına sənədləşdirib.

“Eldəniz Həsənovun qardaşı Hamiz Həsənovun ali təhsili yoxdur. Ancaq qardaşının və əmisi oğlunun himayəsi ilə “Aqrolizinq”in Zərdab şöbəsinin rəhbəridi. “Aqrolizinq”ə məxsus texnikaların çoxu isə qardaşı Namiz Həsənova veriblər. O da texnikanı Eldəniz Həsənova və Vüsal Həsənova məxsus fermer təsərrüfatında işlədir. Kənddə taxıl biçdirilməsi üçün teknika qıtlığı olsa da, Həsənovların fermer təsərrüfatlarında “Aqrolizinq”ə məxsus texnikalar gecə-gündüz işləyir”,-deyə müraciətdə qeyd olunub.

Zərdab rayonu Dəliquşçu kənd sakinlərinin iddiaları ilə bağlı 11.07.2018-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinə informasiya sorğusu göndərilib.

Related Articles

+994 50 295 94 79
top