NAZİLƏ FATİMƏNİ YIXIB-SÜRÜDÜ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Rəqqasə Fatimə Fətəliyeva ilə bu dəfə şairə Nazilə Səfərli arasındakı qalmaqal böyüyür.

BiG.AZ xəbər verir ki, müğənni Xatunun Fatimə ilə bağlı paylaşımına təhqir dolu şərh yazan Nazilə Səfərlinin bu reaksiyası Fatiməni əməlli başlı özündən çıxarıb. Rəqqasə Naziləyə “Salonumdan istifadə edib, indi pisləyir” sözlərini deyib.

N.Səfərlinin ona cavabı isə gecikməyib. O bildirib ki, Fatiməyə ilk dəstək olan özü olub:

“Hörmətli rəqqasə Fatimə Fətəliyeva, baxmayaraq ki, gözəllik salonuna məni sən özün dəvət etmişdin, amma bu gün Xatunla olan söz-söhbətinə məni də qatdığın üçün məcburam xatırladım. Gözəllik salonundakı bütün xidmətlərin haqqını qəpiyinə kimi məndən almısan. Bununla belə salonundakı naşı ustalarından biri mənim çox bahalı qaynağımı tamamilə məhv etdi.

O ki qaldı kişi söhbətinə, mən sənin nəslindən heç kimi tanımıram, anandan və qızından başqa heç kimi də görməmişəm. Özünü tanıyan qadin heç kimin kişiliyinə şübhə edə bilməz.

Yaşda səndən kiçik olsam da, sən mənim şeirlərimdən hər zaman bəhrələnmisən və xına dünyasına məndən sonra gəlmisən. Onu da unutma, ilk reklam çarxını sənin xonça dükanında mən etdim ki, qabaga gedəsən. Məncə, təşəkkür borclusan. Təmkinlə düşün və analiz et. Özün yaxşı bilirsən ki, mən kiminsə sözünü kiməsə çatdıran insan deyiləm, öz ağlım və düşüncəm var. Nə qədər gec deyil, məndən üzr istəsən şad olaram”.

Fatimə isə Naziləni onun salonunu antireklam etməkdə günahlandırıb:

“Görürsünüz ki, mənim salonumu anti-reklam edir. Şükürlər olsun ki, salonumda peşəkarlar çalışır. Qaldı ki, pul almağa, hər zaman rəhbəri olduğum salonda Nazilə xanıma endirimlər edilibdir. Qanun yolu ilə cavab verəcəksiniz. Mənə şər-böhtan atmısınız. İndi kim kimdən üzr istəməlidir? Mən yox, siz özünüz-özünüzü bu söhbətə qatdınız”.

Related Articles

+994 50 295 94 79
top