FƏDAYƏ LAÇININ SƏHHƏTİ PİSLƏŞDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Həbsdə olan müğənni Fədayə Laçının səhhətində problemlər yaranıb. Havaların isti keçməsi müğənninin səhhətini pisləşdirib.
Yenilik.az yenicag.az-a istinadən xəbər verir ki,bu barədə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib:
“Bilirsiniz ki, Fədayə hepatit xəstəliyindən müalicə olunur. Bu da ağır xəstəlikdir. Son günlər havaların isti keçməsi onun səhhətini daha da pisləşdirib. Çox əziyyət çəkir. Hazırda dava-dərman qəbul edir”.
Vəkil istintaqın yekunlaşdığını da bildirib:
“İstintaq yekunlaşıb. Fədayə azadlığa qovuşsa, səhhətindəki problemlərin aradan qaldırılması üçün müalicə kursu alardı”.

Related Articles

+994 50 295 94 79
top