ƏSƏD HƏLƏBİ ANKARANIN NƏZARƏTİNƏ VERİR? – ŞOK İDDİA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Suriyanın ən böyük ikinci şəhəri sayılan Hələbin yaxın vaxtlarda Türkiyənin nəzarətinə veriləcəyi iddia edilir.
Bu iddia ilə çıxış edən Türkiyə mətbuatı artıq məsələ ilə bağlı Rusiya ilə danışıqların aparıldığını qeyd edib.
Müharibə öncəsi 5.5 milyon insanın yaşadığı Hələbin rejimin hücumları və 2013-cü ildə müxaliflərin bölgədən tamamilə çıxarılması səbəbilə 75 faizi boşaldılıb. Bir vaxtlar Yaxın Şərqin ən böyük sənaye şəhəri sayılan Hələb Türkiyənin nəzarətinə keçdikdən sonra yenidən bərpa edilib dirçəldiləcək, bundan sonra isə Türkiyə və Avropada yaşayan 3 milyondan çox suriyalı bu əraziyə geri qayıdacaq. Türkiyə Hələbə nəzarəti Azad Suriya Ordusu ilə birlikdə həyata keçirəcək.
“Həma, Hələb və İdlibin Türkiyənin nüfuz dairəsinə daxil edilməsi ilə bağlı siyasi və hərbi baxımdan böyük məsafə qət edilib”, – Suriya Müxalif Qüvvələr İnqilabi Koalisiyası üzvü Fuad Aliko deyib/Axar.az.

Related Articles

+994 50 295 94 79
top