YATMAZDAN QABAQ YEMƏK YEYƏNLƏR OXUSUN! BU TƏHLÜKƏLİ XƏSTƏLİKLƏRƏ TUTULA BİLƏRSİNİZ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 1
    Share

Barselona Universiteti alimləri təyin ediblər ki, yatmazdan 2 saatdan az əvvəl yemək yeyən insanda müxtəlif xərçəng növlərinin riski artır.

Araşdırmanın nəticələri International Journal of Cancer jurnalında dərc olunub.

Alimlər sübut edir ki, yatmazdan bilavasitə əvvəl qida qəbul etmək qadınlarda süd vəzi, kişilərdə isə prostat vəzi xərçənginin riskini 25% artırır.

Araşdırma zamanı alimlər 1800 onkoloji xəstə və 2000 sağlam insan haqqında müxtəlif məlumatları (həyat tərzi, vərdişlər, yuxu və s.) müqayisə ediblər. Araşdırma göstərib ki, onkoloji xəstələrin bir çoxunda yatmazdan qabaq qida qəbul etmək kimi vərdişi olub.Yatmazdan qabaq qida qəbul etmək metabolizmi sürətləndirir, normada isə axşam saatlarında metabolizm zəifləməlidir. Bu normal yuxu üçün çox vacibdir. Yuxu və ayıq qalma ritmlərinin pozulması orqanizmə çox ciddi ziyan vurur, hüceyrələrdə patoloji dəyişikliklərin inkişafına səbəb olur.

Related Articles

+994 50 295 94 79
top