7 SAATDAN AZ VƏ 9 SAATDAN ÇOX…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 5
    Shares

Elmdə çoxdan sübut olunub ki, yuxunun az olması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Kifayət qədər yatmayan insanlarda şəkərli diabet və piylənmə daha tez-tez inkişaf edir. Lakin çox yatmaq da ziyanlıdır. Reuters agentliyi xəbəbr verir ki, bu nəticəyə Kolumbiya Universiteti (ABŞ) alimləri gəlib.

9 saatdan çox və 7 saatdan az yatan insanlarda ürək-damar sistemi xəstəlikləri və pozulmaları daha tez-tez inkişaf edir. Onlarda trombların əmələ gəlməsi, arterial təzyiqin və qanda xolesterinin yüksəlməsi, aritmiya və s. bu kimi pozulmalara daha tez-tez təsadüf edilir.

Alimlərin fikrinə görə daim yuxu pozulmalarından əziyyət çəkən insanlar mütləq müalicə üçün həkimə müraciət etməlidir. Əks halda bu gec və ya tez ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olacaqAlimlər araşdırma nəticəsində aşkar ediblər ki, müasir insanlar daha az və daha pis yatır. Bunun səbəbləri arasında xroniki stress və qəcetlərdən həddindən artıq istifadə qeyd olunur.

Related Articles

+994 50 295 94 79
top