HÜQUQ PROFESSORU:”ELMAR VƏLİYEV HƏMİŞƏ XALQIN İÇİNDƏ OLUB”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 124
    Shares

Sosial şəbəkədə Gəncə sakinləri terror aktı nəticəsində yaralanan və hazırda müalicə olunan icra başçısı Elmar Vəliyevə öz dəstəklərini müxtəlif paylaşımlarla bildirirlər. Belə paylaşımlardan birini Gəncə sakini, müəllim Bəxtiyar Əli adlı şəxs edib. O Milli Mətbuat Günündə icra başçısının jurnalistlərlə fotosunu paylaşıb və bu sözləri yazıb: “Mətbuatın dostu, ən nümunəvi icra başçısı.” Bu paylaşım izləyicilər tərəfindən də maraqla qarşılanıb. Rəy bildirənlər arasında BDU-nun Hüquq fakültəsinin kafedra müdiri, hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyeva da olub.

M. Dəmirçiyeva qeyd edib ki, “Gəncənin icra başçısı həm media, həm də xalqın daim içərisində olub, onları səmimi və peşəkar formada dinləyib. Elmar Vəliyev Gəncənin ən gözəl şəhərlərdən birinə çevrilməsi üçün əlindən gələn hər şeyi edib. Bu yaxınlarda Gəncədə olanda diqqətimi maraqlı bir nüans çəkdi. Küçələrin birində qədim alman üslübunda yol çəkilib. . Bütün ziyalılar, Gəncə sakinləri bunu görür.  Biz Prezidentimizə inanır, onun qərarlarına güvənirik. Əminik ki, Elmar müəllim tezliklə daha da əzmlə öz ədalətli fəaliyyətini davam etdirəcək. Bəxtiyar Vahabzadənin gözəl bir sözü var, “qorxuram insan qala, insanlıq ölə.” Ziyalılar, sadə insanlar Elmar müəllimin fəaliyyətini qiymətləndirirlərsə deməli, hələ insanlıq ölməyib.”

Related Articles

+994 50 295 94 79
top