AZƏRBAYCANDA 62 ƏCNƏBİ SAXLANILDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
DMX-dən Qaynarinfo-ya verilən məlumata görə, iyulun 23-ü və 24-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 16-sı Gürcüstan, 14-ü Pakistan, 11-i Türkmənistan, 7-si Rusiya, 2-si Suriya, 2-si İraq, 2-si Özbəkistan, 2-si Türkiyə, 1-i Efiopiya, 1-i Sudan, 1-i Misir, 1-i Çin, 1-i Ukrayna və 1-i Latviya vətəndaşı olmaqla ümumilikdə 62 nəfər əcnəbi saxlanılıb.
Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.
Belə ki, saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının (səyyar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.
2 nəfər Pakistan və 1 nəfər Suriya vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 48 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 39 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Related Articles

+994 50 295 94 79
top