BAKIDA SÜKAN ARXASINDA NARKOTİK MADDƏ QƏBUL EDƏN SÜRÜCÜ HƏBS OLUNDU – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda sükan arxasında narkotik maddə qəbul edən sürücü həbs olunub.

Bu barədə“Qafqazinfo”ya məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov verib. O bildirib ki, saat 13:43 radələrində sürücünün sükan arxasında narkotik vasitə qəbul etməsi ilə bağlı mediada dərc olunmuş məqalə əsasında dərhal araşdırma aparılıb.

Araşdırma nəticəsində 15:00 radələrində Biləcəri istiqamətində hərəkət edən 10-XX-144 dövlət nişanlı avtobusun sürücüsü Cəfər Xəndan küçəsində saxlanılıb. Saxlanılan zaman lazımi sənədlərin təqdim olunmaması, eyni zamanda, sürücünün özünü şübhəli aparması onunla bağlı zəruri tədbirlər görülməsinə səbəb olub. Həmin sürücü dərhal tibbi müayinədən keçirilib və məlum olub ki, Masallı rayon sakini, 1984-cü il təvəllüdlü İlkin Tağıyev spirtli içkinin təsirində olub.

Beləliklə də barəsində tərtib edilmiş sənədlər aidiyyatı üzrə tədbirlərin görülməsi üçün Binəqədi rayon məhkəməsinə göndərilib. Hakimin qərarı ilə sürücüyə 30 sutka həbs cəzası verilib və bir il sürücülük hüququndan məhrum edilib”.

V. Əsədov onu da qeyd edib ki, sözügedən hadisə ilə bağlı diqqətsizlik göstərildiyi üçün daşıyıcı şirkətlə görüşülüb və kalon rəisi barəsində də inzibati tədbir görülüb:

“Araşdırma bir az da dərindən aparılan zaman onun işlədiyi 202 nömrəli marşrut xəttinə baxan kalon rəisi ilə görüş keçirilib. İzahatın verilməsi və digər səbəblər üzrə araşdırmanın aparılması zamanı kalon rəisi Oktay Qurbanov qeyri-səmimiyyət göstərildiyindən onun da barəsində sənədlər məhkəməyə göndərilib və barəsində də 15 gün inzibati həbs qərarı verilib. Onların hər ikisi tutduğu vəzifədən xaric edilib”.

Related Articles

+994 50 295 94 79
top