DAHA BİR BANKIN CİDDİ PROBLEMLƏRİ VAR: VAXTI KEÇMİŞ KREDİTLƏR 50%-İ KEÇİB – YENİLİK.AZ

DAHA BİR BANKIN CİDDİ PROBLEMLƏRİ VAR: VAXTI KEÇMİŞ KREDİTLƏR 50%-İ KEÇİB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Azərbaycanın bank sektorunda problemli kredit portfelinin həcminə görə, daha bir «rekordsmen» məlum olub.
Yenilik.az  fed.az-a istinadən xəbər verir ki, «AFB bank»ın açıqladığı hesabata əsasən bankın vaxtı keçmiş kreditləri 50%-ə yaxınlaşıb.
AFB Bankın 2018-ci ilin 2-ci rübü üzrə hesabatına görə, 2-ci rübün sonuna bankın müştərilərə verdiyi ümumi kredit portfeli 224 milyon 768,3 min manat, xalis kreditlər 166 643 min manat təşkil edib. Bu dövrdə bankın problemli kreditlərin məbləği isə 111 milyon 933,18 min manat olub. Başqa sözlə, bankda problemli kreditlərin xüsusi çəkisi 49,8%-ə yüksəlib. Müqayisə üün bildirək ki, ölkənın bank sektoru üzrə problemli kreditlərin xüsusi çəkisi 14,3% təşkil edir.
Bankın hesabatlarından məlum olur ki, kreditlərlə bağlı əsas problemlər bu ildən başlanıb. Belə ki, iki il əvvəl – 2016-cı ilin sonunda bankın ümumi kreditləri  225 399,4 min manat (o cümlədən xalis kreditlər 198 milyon 001 min manat) olub.
Həmin dövrdə bankın problemli kreditləri 28 milyon 732,9 min manat olub. Nəticədə problemli kreditlərin xüsusi çəkisi 12,7% təşkil edib.
2017-ci ilin sonunda isə ümumi kreditlər azalaraq 218 milyon 053 min manata (o cümlədən xalis kreditlər 163 milyon 193,8 min manat) enib. Bu dövrdə problemli kreditlər isə əksinə, ikiqat artaraq 59 milyon 268,7 min manata yüksəlib. Nəticədə problemli kreditlərin payı 27,2%-ə qalxıb.
2018-ci ilin 2-ci rübünün nəticələrinə görə isə, yuxarıda deyildiyi kimi, bankın problemli kreditlərin məbləği təqribən 112 milyon manata, onların xüsusi çəkisi isə 49,8%-ə çatıb.
Kreditlərinin 92%-ni Bakıda verib
Bankın kredit portfelinin böyük hissəsi – 92%-i Bakı şəhərinin payına düşüb. Kreditlərin məbləğinə görə sonrakı yerləri Sumqayıt, Şəmkir və Naxçıvan şəhərlərinin payına düşüb. Ümumilikdə ən çox kredit Abşeron yarımadasına verilib ki , bu da 211 207 mln manat və ya 93,9 % təşkil edib. Şəmkir üzrə verilən kredit məbləğidə 2 mln 935 min manat təşkil edib.
Bankdakı problemli kreditlərin də böyük hissəsi Bakı şəhərinin payına düşür – 95,5%. Yüksək göstəricilərlə yanaşı hec borcu olmayan Oğuz,Qax , Daşkəsən kimi regionlar olub.
FED.az xəbər verir ki, iqtisadiyyatın sahələri üzrə kredit məbləği 186 716 mln manat olub. Ən çox kredit kənd təsərrüfatı sahəsinə verilib ki, bu da 53 969 mln manat və ya 28,90% olub.Bundan başqa istehlak kreditləri də 45 744 mln manat və ya 24,49%  olub. Sənayenin digər sahələri üçün 29 977 mln manat kredit verilib. Ən az kredit nəqliyyat sahəsinə verilib 87 min manat.

Related Articles