ELŞƏN XƏZƏR TƏNQİD OLUNAN GÖRÜNTÜLƏRİNDƏN DANIŞDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Meyxanaçi Elşən Xəzər qırmızı qaşlı üzüyü ilə gündəmə gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçi üzüyü içərisində su olan stəkana salaraq qırmızı qaşın işıqlandığını demişdi. O, bildirib ki, bu, Tanrının möcüzəsidir. İfaçının bu addımı sosial şəbəkədə tənqidlərə səbəb olub. Məlum olub ki, bu tipli üzüklər saxtadır və qaşın içərisinə kiçik lampa qoyulub.

E.Xəzər məsələyə aydınlıq gətirib. O, video yayaraq, tənqidlərə cavab verib:

“İndiyədək belə bir şey görməmişdim. Bu üzük mənim deyil, əziz dostumundur. Təmiz daş olduğunu deyib, çox etibarlı insandır. Əgər daş deyilsə, deməli, özü də bilməyib.

Üzüyün sahibindən icazə istəyəcəyəm, əgər icazə versə, sındıracağam. Allaha and içdiyim yalan olsa, tövbəsini edərəm. Çünki bilmədən etmişəm. Amma düz çıxsa, onda siz tövbə edərsiniz”.

Meyxanaçı daha sonra üzüyü sındırıb.

 

Related Articles

+994 50 295 94 79
top