NAZİRDƏN XARİCİ DİLİN TƏDRİSİ İLƏ BAĞLI ƏMR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə xarici dilin tədrisi barədə əmr imzalayıb.
Nazirin əmrinə əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.
Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən başlanır.
Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunur. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.
I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.
///oxu.az

Related Articles

+994 50 295 94 79
top