ÖVLADLARI TƏRƏFİNDƏN ATILAN ATANI QOCALAR EVİ QƏBUL ETMİR – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanda övladları tərəfindən atılan Quliyev Yaşar Bəhlul oğlunu qocalar evi də qəbul etmir.

Bununla bağlı görüntülər “Facebook” sosial şəbəkəsində yayılıb.

“Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Oradan məni Naxçıvana göndərdilər ki, övladlarımdan sənəd alım. Sənədi gətirdikdən sonra məni Dövlət Sosial Müdafiə Fonduna göndərdilər. Orada dedilər ki, 70 yaşım olmadığı üçün məni qocalar evinə qəbul edə bilməzlər. 70 yaşıma beş ay qalıb”, – o deyib.

Kişinin sözlərinə görə, o, sözün əsl mənasında küçədə qalıb.

“Gecə bir yerdə qalmışam. Cibimdəki 40 manatı da orada oğurladılar”, – Yaşar Quliyev bildirib.

Related Articles

+994 50 295 94 79
top