LERİKDƏ İNTERNET KƏSİLİB – YENİLİK.AZ

LERİKDƏ İNTERNET KƏSİLİB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Lerik rayonunda internetin veriməsində problemlər yaşanır.

Bu barədə internet istifadəçiləri xeber.info-ya məlumat veriblər. Onlar deyiblər ki, internetin sürəti olduqca açağıdır. Bu da istifadəçilərə internetdən normal istifadəyə maneə yaradır: “Fərq etmir, 10 manat ödə, 15 manat ödə, ya da 20 manat, sürət eynidir. Yəni 1 Gb sürət verilmir. Rabitə və Yüksək Texnologiya Nazirliyinin yerli şöbəsi də elə nazirlik kimi işləyir. Bu qurumun ancaq adı var, özü yoxdur. Kimə də zən edirsən, mənası yoxdur”.

Adının açıqlanmasını istəməyən ekspert isə deyir ki, ölkədə internetin sürətinin aşağı olması siyasi tapşırıqdır. “Bu, insanları informasiya blokadasında saxlamağa hesablanıb. Azərbaycan bu sahədə Cənubi Qafqazda sonuncu yerdədir. Rayonlarda da icra başçısları əhalini informasiya blokadalarında saxlamaqda maraqlıdırlar”.

Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiya Nazirliyinin də mövqeyini öyrənməyə hazırıq.

Related Articles