TRAMP JURNALİSTİ MƏTBUAT KONFRANSINDAN QOVDU – YENİLİK.AZ

TRAMP JURNALİSTİ MƏTBUAT KONFRANSINDAN QOVDU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
CNN televiziyasının “Ağ ev” müxbirlərindən olan Keytlan Kollins ABŞ prezidenti Donald Trampın onun mətbuat konfransına buraxılmaması barədə göstəriş verdiyini iddia edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb jurnalistin ona Rusiya prezidenti Vladimir Putinlə görüşünün ertələnməsi və porno ulduz Karen MkDouqala ödəniş etməsi ilə bağlı yayılan səs yazıları haqda təkidlə suallar ünvanlaması olub.
Tramp jurnalistin suallarını uyğunsuz hesab etdiyindən cavab verməyib.
“Ağ ev” sözçüsü Sara Anders də sözügedən iddianı təsdiq edərək, jurnalistin uyğun olmayan suallar verməsi səbəbindən “Rose Garden”də keçiriləcək mətbuat konfransına qatılmasına icazə verilmədiyini qeyd edib. Lakin o, CNN-dən digər müxbirlərin konfransda iştirak edə biləcəyini də sözlərinə əlavə edib.
CNN telekanalı isə sözçünün açıqlamasını qınayaraq, bunun söz və ifadə azadlığına zidd davranış olduğunu açıqlayıb:
“Bir media nümayəndəsinin mətbuat konfransına girişini əngəlləmək media azadlığına ziddir. Daha yaxşısına layiqik”.
Trampın ən çox bəyəndiyi “Fox News” kanalı da sözügedən məsələdə CNN və Kollinsin yanında yer alıb və müxbirin mətbuat konfransına qatılma haqqının olduğunu ifadə edib.

Related Articles