NAZİRLİK BƏLƏDİYYƏ SƏDRİNİ 3000 MANAT CƏRİMƏLƏDİ – ŞİKAYƏT ƏSASINDA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət daxil olub.
Mia.az ETSN-ə istinadən bildirir ki, şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb: “Faktla bağlı əraziyə cavabdeh Şağan bələdiyyəsinin sədri Afiyəddin Məmmədov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib”.

Related Articles

+994 50 295 94 79
top