HADİ RƏCƏBLİ: “KÜÇƏ TƏMİZLƏYƏN QADINLAR 3 SAAT İŞLƏYİB 300 MANAT MAAŞ ALIR, BU, ƏN YAXŞI İŞ YERİDİR” – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 118
    Shares

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin küçə təmizliyi aparan qadınlarla bağlı bu fikirləri sosial şəbəkələrdə etirazla qarşılanıb.

Bizimyol.info xəbər verir ki, deputatın həmin çıxışının videosu sosial şəbəkələrdə paylaşılaraq tənqid olunur.

Həmin çıxışında komitə sədri Hadi Rəcəbli deyib:

“Mən şəhərdə küçə təmizləyən qadınlara baxıram, onların bir qismi ağızlarını bağlayır. Mən onları qınamıram, onların haqqıdır. Gizlənirlər ki, görməsinlər, bilməsinlər. Onlar 3 saat işləyib 300 manat maaş alır, ən yaxşı iş yeridir”.

Related Articles

+994 50 295 94 79
top