GÜNƏŞ TUTULMASININ BÜRCLƏRƏ TƏSİRİ – AVQUSTDA ŞANS KİMLƏRİN ÜZÜNƏ GÜLƏCƏK?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 60
    Shares

Bu il ay və günəş tutulması ilə çox zəngin oldu. Ötən ay günəş, sonra isə inanılmaz ay tutulması baş verdi.

Publika.az xəbər verir ki, bizi avqustda daha bir günəş tutulması gözləyir. Yalnız keçən dəfəki günəş tutulması müəyyən problemlər gətirə bilərdisə, bu dəfə hər şey bir az fərqlidir.

2018-ci ilin avqustunda günəş tutulması zodiak işarələrinə təsirsiz ötüşməyəcək. Biz bu yazıda oxucuları günəş tutulmasının bürclərə təsiri ilə tanış etmişik.

11 avqustda baş tutacaq Günəş tutulması haqqında

Bu, 2018-ci ildə son günəş tutulması olacaq və o Şir bürcü altında keçiriləcək. Bütün bürclər günəş tutulmasının təsirini hiss edəcəklər. Münəccimlərin sözlərinə görə, o insanların həyatına müsbət istiqamətdə təsir göstərəcək. Növbəti günəş tutulması bu il bürclərə həqiqətən də uğur gətirən ilk təbiət hadisəsi olacaq. O, kifayət qədər güclü olacaq və onun təsirlərini iki həftə ərzində, hətta daha iki həftədən sonra da hiss etmək mümkün olacaq.

Bu tutulma bir çox insanların həyatına yaxşılığa doğru dəyişikliklər gətirəcək. Daha çox şəxsi həyat, özünü realizə və iş sahəsinə təsir edəcək. O gün bütün təşəbbüslər hamı üçün asan və əlverişli olacaq. Həmin tarixdə bəxt çoxlarının üzünə güləcək. Çünki tutulma Merkuri dönəminə düşdüyü üçün köhnə olan hər şeyi yeniləri ilə əvəz etmək lazım olacaq.

Ehtimal var ki, keçmişdən nələrsə qayıdacaq, artıq baş vermiş hadisələr bu günümüzə gözlənilməz şəkildə təsir edə bilər. Bu, köhnə problemləri həll etmək üçün əlverişli vaxtdır. Bu dövrdə bizi üzən və yeni həyata başlamağa mane olan hər şeydən xilas olmaq olar.

Qoç

Günəş tutulması Qoçların şəxsi həyatına təsir göstərəcək, romantik görüşlər mümkündür. Üstəlik bu zodiak işarələrinin nümayəndələri yaradıcılıq işlərini həyata keçirməyə ehtiyac duyacaqlar. Əgər yaradıcılıqda hər şey qaydasında gedərsə, nəsə çox qeyri-adi hadisə baş verə bilər. Qoçların çoxları buna görə məşğuliyyət növünü dəyişə bilər.

Buğa

Tutulma Buğaların ailə və ev işlərinə təsir edəcək. Ailə ilə bağlı dəyişikliklər ola bilər. Bu dövr mənzilin təmiri, hətta səfərlər üçün əlverişli olacaq. Buğalar ailədə sıx münasibətlər qura və yaxınları ilə münasibətləri möhkəmləndirə biləcəklər.

Əkizlər

Əkizləri də dəyişikliklər gözləyir, xüsusilə əhatələri ilə bağlı. Gələcəkdə əhəmiyyətli olacaq yeni görüşlər gözlənilir. Bu bürclər bir neçə səfərə çıxa bilər. Həmin ərəfədə təlim və ixtisaslarının artırılması ilə məşğul olmaq yaxşıdır.

Xərçəng

Xərçəngləri maliyyə dəyişiklikləri gözləyir. Əgər hər işi düzgün etsəniz, çox müsbət nəticələr qazanacaqsınız. Maddi vəziyyəti yoluna qoymaq şansınız böyükdür, iş dəyişikliyi mümkündür. Lakin bu dövrdə maliyyə məsələləri ilə son dərəcə diqqətli olmaq lazımdır, hansısa alış-verişə çox pul xərcləməyin. Ən yaxşısı, pulunuzu ehtiyatda saxlayın. Ehtimal var ki, yeni qazanc mənbələriniz olacaq.

Şir

 

Biz artıq yuxarıda demişdik ki, günəş tutulması Şir bürcü altında baş verəcək. Deməli, təbiət hadisəsi onlara daha çox təsir edəcək, şans Şirlərin üzünə daha çox güləcək. Şirləri həyatında böyük və xoş dəyişikliklər gözləyir. Bu bürclərdən sadəcə öz baxışlarını dəyişmək və köhnə davranış qaydalarından imtina etmək tələb olunur.

Qız

Qızlar çalışmalıdır ki, öz daxili aləminə və özünə konsentrasiya olsun. Bu dövr onların həyatında mənəvi yüksəliş baxımdan dəyişikliklərlə əlamətdar olacaq. Qız bürcləri emosional vəziyyətini araşdırıb öz hissləri və emosiyalarına nəzər yetirməlidir.

Tərəzi

 

Tərəzilərin öz ideyalarını həyata keçirməsi üçün əlverişli vaxt yetişəcək. Hətta ola bilər ki, bu bürclərin altıncı hissi daha da güclənsin, aydınlansın və hansı ideyalardan imtina etmək lazım gəldiyini görmək imkanı yaransın. Tərəzilər eyni zamanda öz ətrafını da dəyişməli olacaqdır: Yeni tanışlıq və keçmişin qalıqlarından xilas olmaq mümkündür.

Əqrəb

Əqrəb üçün tutulma avqustda iş və karyera sahəsində dəyişikliklərlə qeyd olunacaq. Bir çox Əqrəblər ondan imtina edə bilməyəcəyi yeni təkliflər alacaq, bir çoxları işlərini dəyişəcək və ya karyerada yüksəliş gözlənilir. Amma hər şey elə də asan olmayacaq, məqsədlərə nail olmaq üçün nəyisə dəyişmək, həmçinin çoxlu çalışmaq lazımdır.

Oxatan

 

Oxatanlar üçün günəş tutulması səfər və səyahət vəd edir, hansı ki, onlar həyatda nəyisə dəyişməyə kömək edəcək. Bu bürcləri dəyişiklik və yeniliklər gözləyə bilər. Xaricdə işlər uğurla yekunlaşacaq, əcnəbilərlə tanışlıq mümkündür.

Oğlaq

Oğlaq üçün günəş tutulması yığılıb qalmış məsələləri və köhnə problemləri həll etmək imkanı qazanması ilə yadda qalacaq. Oğlaqlar yeganə zodiak işarəsidir ki, bu dövr onlar üçün nisbətən çətin olacaq, onların evində bir neçə böhran yaşanacaq. Oğlaqlar səbrlə hərəkət etməli və müdrik qərarlar verməlidir. Əgər bütün qərarları diqqətlə ölçüb-biçsəniz, diqqətlə hərəkət etsəniz, xoşagəlməz problemlərin öhdəsindən gələ biləcəksiniz. Əgər Oğlaqlar çətinliklərin öhdəsindən gələ bilərsə, onları böyük süprizlər gözləyəcək.

Dolça

Günəş tutulması Dolça bürclərinin şəxsi həyatına dəyişikliklər gətirəcək. İkinci yarınızı tapmaq şansınız var. Əgər həyatınızda artıq kimsə varsa, aranızdakı soyuq buzlər əriyəcək, hissləriniz daha da möhkəməmlənəcək.

Balıq

Balıqları sağlamlıq və iş sahəsində dəyişikliklər gözləyir. Köhnə xəstəliklər qayıda bilər, amma onların sağalmaq şansı çoxdur. Balıqlar işdə çox səmərəli və məhsuldar olacaq, öz həyatlarını nizama sala biləcəklər. Günəş tutulması köhnə problemlərlə başa çıxmaq, fikirlər və hisslər daxil olmaq üzrə hər şeyi rəflərə qoymaq üçün gözəl bir fürsətdir.

Related Articles

+994 50 295 94 79
top