“ANAM FƏRMANA 250 MİN MANATI ŞANTAJA GÖRƏ VERİB” – DEPUTATIN OĞLU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Rahib Salmanovun sədrlik etdiyi kollegiya tərəfindən araşdırılır. Hakim məhkəmə prosesində Ramin Həmidov şahid dindindiriləcəyini elan etsə də, zərərçəkmiş Fərman Mmmədovun vəkili buna etiraz edib. O bildirib ki, zərərçəkənlər dindirilmədən şahid dindirilə bilməz. Hakim isə bildirib ki, prosessual qanunvericilik pozulmayıb.

Vəkiı hakimə yazılı etiraz verib. Etirazda qeyd edib ki, protokollarla, sübutlatla tanış olmaq üçün vəsatətlər verilsə də, təmin edilməyib. O qeyd edib ki, Həbib Axundov ifadə versə də, suallara cavab verməyib. “Bu halda isə şahid dindirilə bilməz. Məhkəmə tərkibi bu hüquqları pozduğuna görə, tərkibə etiraz edirik”.

Yzzılı eirazla tanış olam hakim bildirib ki,eirazı zərərçəkən Fərman Məmmədov imzaladığı halda, etirazı nümayəndə elan edə bilməz və bununla bağlı vəkilə xəbərdarləq edib. Hakim qeyd edib ki, bununla bağlı Vəkillər Kollegiyasına müraciət ediləcək.
Vəkil isə bildirib ki, etibarnaməsi olduğu üçün bu səlahiyyəti var.

Həbib Axundovun vəkili etirazın təmin edilməməsini istəyib. Söyləyib ki, bu etiraz işin uzadılmasına hesablanıb.
Prokuror zərərçəkənin dindirilməsindən əvvəl şahidin dindirilməsi hissəsində etirazı dəstəkləyib. Amma etirazın digər hissələrdə əsaslı olmadığını deyərək, təmin edilməməsini istəyib.

Hakim müşavirədən sonra bildirib ki, etiraz əsaslı olmadığı üçün baxılmamış saxlanılır.
Daha sonra zərərçəkən Həbib Axundov dindirilib.

O çıxışnda bildirib ki, zərərçəkən şəxslərin çoxunu tanımır və onlar digər zərərçəkən Fərman Məmmədov tərəfindən ələ alınaraq şikayət veriblər. “Zərərçəkən Şahin Məhərrəmovu tanımıram. Bizim barəmizdə şikayət verdiyinə görə, telefonla danışıb görüşdüm. Məlum oldu ki, heç Elnur İbrahimova da pul verməyib. Sadəcə Fərman Məmmədov ona üç min manat verib ki, bizimlə bir ol. Onunla ofisdə görüşdüm, video da var. Məndən üç min manat istədi ki, Fərmana borcumu qaytarım, çəndən əl çəksin. Mən də verdim və notarial sənəd aldım ki, heç bir tələbi yoxdir. Amma bir gün sonra notarusda sənədi ləğv etdi, yenidən şikayətə başladı. Sonradan isə hər şeyi olduğu kimi etiraf edi. Videogörüntülərdə hamısı var”.
O qeyd edib ki, Sabir Məmmədov adlı zərərçəkən də eyni şeyi deyərək, onu Fərman Məmmədovun öyrətdiyini deyib.
“Fərman KİV-də montaj edilmiş video və səs yazıları yayaraq bizi şantaj edir. Anam Elmira Axundova da Fərmana 250 min manatı şantaja görə verib” – deyə Həbib Axundov bildirib.
Fərman Məmmədovun vəkilinin suallarını cavablandıran H.Axundov özünə dəymiş zərəri dəqiq xatırlamadığını bu barədə istintaqa məlumat verdiyini deyib.

Məhkəmə davam etdiriləcək.

İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir. Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

H.Axundov isə mediaya aşçıaqlamalarında deyilənləri təkzib edib və bu iş üzrə zərərçəkmiş olduğunu və digər zərərçəkənlər tərəfindən şantaja məruz qaldığını bildirib.

Related Articles

+994 50 295 94 79
top