DÖVLƏT YOL POLİSİ SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ ETDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.

DYP-dən Oxu.Az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində, eləcə də, texniki nasazlıq səbəbindən avtomobillərdə baş vermiş yanğınlarla bağlı aparılan təhlillər göstərir ki, hadisələrin ağır fəsadlarının qarşısının alınması üçün həmin anda bu avtomobillərdə odsöndürənlər ya olmayıb, ya da odsöndürənlərin yararlılıq müddəti bitdiyindən yanğın vaxtında söndürülməyib ki, bu da avtomobildə sıxılıb qalmış insanların həlak olması, ağır xəsarətlər alması, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin əmlaklarının tamamilə məhv olması və onlara külli miqdarda maddi zərər dəyməsi ilə nəticələnib.

Məlumatda qeyd edilib ki, qeyd olunanları, habelə avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, təkərli traktorlarda dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının olmamasına görə mövcud qanunvericiliklə sürücülərin inzibati məsuliyyət daşımaları nəzərə alınaraq, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrində olan nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etsinlər, odsöndürənlərin yararlılıq müddətini daima nəzarətdə saxlasınlar.

Related Articles

+994 50 295 94 79
top