KƏMALƏDDİN HEYDƏROVUN OĞLUNUN TƏŞKİLATI BAĞLANIB – YENİLİK.AZ

KƏMALƏDDİN HEYDƏROVUN OĞLUNUN TƏŞKİLATI BAĞLANIB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Britaniyada təsis etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) bağlanıb.
Mia.az xəbər verir ki, bu barədə şirkətin direktoru BBC News Azərbaycancaya məlumat verib.
2008-ci ilin iyul ayında təsis olunan şirkətin bağlanması Birləşmiş Krallıqda qeydiyyatda olan şirkətlərin rəsmi siyahısında yerləşdirilən sənədlərdə göstərilir.
Sənədlərə əsasən, The European Azerbaijan Society (TEAS) adı ilə qeydiyyatda olan təşkilatın bağlanmasına dair qərar bu il, iyul ayının 6-ı verilib.
TEAS-ın keçmiş direktoru, Lionel Zetter şərh verməkdən imtina edib.
Rəsmi sənədlərdə TEAS-ın 2008-ci il, iyulun 2-də təsis edildiyi göstərilir.
2013-cü il, mayın 31-də təşkilatın direktorları Tale Heydərov və onun kiçik qardaşı Nicat Heydərov, TEAS-ın direktor vəzifəsindən çəkilərək, onu Lionel Zetterə ötürüblər.
Sənədlərdə həmçinin şirkətin ləğvilə bağlı qərar da təsvir olunur:
“Adı yuxarıda çəkilən şirkətin üzvlərinin cümə günü, 6 iyul, saat 16:15-də keçirilən ümumi görüşündə xüsusi qətnamə qəbul olunub:
Xüsusi Qətnamə
i. “Şirkət işini könüllü olaraq sona çatdırsın””
Sayt şirkətin keçmiş direktoru Lionel Zetterlə əlaqə saxlayıb, lakin o, şirkətin bağlanmasına dair suallara şərh verməkdən imtina edib.
Cənab Zetter LinkedIn şəbəkəsində verdiyi məlumatda bu ilin iyun ayına qədər TEAS-ın direktoru olduğu göstərilir.
Fəaliyyəti
TEAS əsasən Britaniya, lakin həmçinin müxtəlif Avropa ölkələrində tədbirlər təşkil edib.
Artıq fəaliyyətdə olmayan saytında, şirkət özu haqqında məlumat bölməsində yazır ki, onun məqsədi “Azərbaycan barədə insanları məlumatlandırmaq və Avropa ölkələrilə Azərbaycan arasında siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsinə vasitəçilik” etməkdir.
Britaniyadan başqa, şirkət həmçinin Azərbaycan, Fransa, Almaniya, Belçika və Türkiyədə də fəaliyyət göstərib.
Son illərdə şirkətin keçirdiyi tədbirlərin sayının azaldığı müşahidə olunub.
TEAS konsert və sərgilərlə yanaşı, Qarabağ münaqişəsi və onun müzakirəsinə dair bir çox tədbirlər təşkil edib…

Related Articles