AZƏRBAYCANDA PARTİYA SƏDRİNİN EVİ QARƏT OLUNDU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəylinin mənzili qarət olunub.
Qaynarinfo xəbər verir ki, Qulamhüseyn Əlibəyli faktı Avropa.info-ya təsdiqləyib.
Partiya sədri hadisənin konkret olaraq hansı gündə baş verdiyini bilmədiyini deyib.
Onun sözlərinə görə, qarət onun yaşadığı Yasamal rayonu F.İbrahimbəyov küçəsi bina 12-də baş verib.
O bildirib ki, ailə üzvlərimizlə birlikdə avqustun 3-dən 6-dək evdə olmamışıq və yəqin ki, hadisə də bu dövrdə olub.
Q.Əlibəyli deyib ki, evindən təqribən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb: “Hadisə ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verilib və istintaq əməliyyatı gedir”.
Oğru və ya oğruların mənzilə eyvandan keçməklə daxil olublar.

Related Articles

+994 50 295 94 79
top