GƏNCƏ HADİSƏLƏİRİNİN DAHA BİR İŞTİRAKÇISI AXTARIŞA VERİLDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Gəncə hadisələrinə görə daha bir nəfər həbslə axtarışa verilib.

Virtualaz.org-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Hikmət Natiq oğlu Əliyev Cinayət Məcəlləsinin 120.2.7; 120.2.3; 120.2.11; 120.2.1; 120.2.10; 214.2.6; 220.1; 228.1; 228.4; 214.2.1; 214.2.3; 228.3; 234.1; 281.2; 277; 278.2, 279.1-1, 277 və 315.2-ci maddələri (ümumilikdə, 21 maddə) ilə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Baş Prokurorluğun məlumatlarına görə, bu qurumun, DİN-in və DTX-nin əməkdaşlarından ibarət operativ istintaq qrupunun həyata keçirdiyi tədbirlər sayəsində Gəncədə baş vermiş hadisələrlə bağlı 61 nəfər ittiham olunub və onların barəsində həbs qətimkan tədbiri seçilib, xüsusi xidmət orqanları tərəfindən dörd nəfər zərərsizləşdirilib, daha 13 nəfər axtarışa verilib.

Related Articles

+994 50 295 94 79
top