ƏT ALANDA DİQQƏTLİ OLUN, YOLUXUCU XƏSTƏLİK TƏHLÜKƏSİ VAR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan və quş xəstəliklərindən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Bu barədə YENİLİK.AZ-a agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən açıqlama verilib.

Xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib”.

Bununla əlaqədar olaraq, yüksək patogenli quş qripi xəstəliyinin qeydə alındığı Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijni Novqorod vilayətlərindən, Tatarıstan və Çuvaşiya respublikalarından diri quş və quşçuluq məhsullarının idxalı müvəqqəti olaraq məhdudlaşdırılır.

Eyni zamanda, Rusiya Federasiyasının Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyi qeydə alındığı üçün bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijni Novqorod vilayətlərindən, Tatarıstan, Çuvaşiya respublikalarından gələn və ya qeyd edilən ərazilərdən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyətı üzrə müraciət olunub.

Related Articles

+994 50 295 94 79
top