AZƏRBAYCANDA MƏMUR İŞ OTAĞINDA BIÇAQLANDI – YENİLİK.AZ

AZƏRBAYCANDA MƏMUR İŞ OTAĞINDA BIÇAQLANDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov dünən günorta saatlarında öz iş otağında bıçaqlanıb. F.Bayramovu bıçaqlayan şəxsin Beyləqan rayon sakini Fariz Fazil oğlu Azadzadə olduğu müəyyən edilib.
AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” ETT Birliyinin baş direktoru, professor Ədalət Həsənov faktı təsdiqləyib. Ə.Həsənov virtualaz.org-a bildirib ki, Fazil Bayramov öz otağında olduğu zaman Fariz Azadzadənin bıçaqla hücumuna məruz qalıb.
Məlum olub ki, 1989-cu il təvəllüdlü Fariz Azadzadə ötən ilin dekabrın 23-də Beyləqan rayonunda baş vermiş dava zamanı bədən xəsarəti alıb, Beyləqan Rayon Prokurorluğunun qərarı ilə müayinə üçün “MTE və PA” ETT Birliyinin Beyləqan rayon şöbəsinə göndərilib. “Dekabrın 29-da Birliyinin Beyləqan rayon şöbəsinin məhkəmə-tibb eksperti Fazil Bayramov tərəfindən məhkəmə-tibbi müayinə aparılıb. Fariz Azadzadənin boynun və sifətin sol tərəfində almış olduğu xəsarət (kəsilmiş yara) həmin dövr üçün düzgün olaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi; bərk küt əşyanın təsirindən törənən digər xəsarətlər isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilib”, – Ə.Həsənov deyib.
Ekspertizanın cavabından sonra Fariz Azadzadə iki dəfə Səhiyyə Nazirliyinin “Məhkəmə-Psixiatrik ekspertizalar Mərkəzi”ndə də ambulator qaydada məhkəmə-psixiatrik ekspertizadan keçirilib. Dünən – avqustun 7-də əlində bıçaq məhkəmə-tibb eksperti Fazil Bayramovun iş otağına soxularaq “niyə mənə o vaxt yüngül dərəcə yazdın, indi mən səni öldürəcəyəm” deyərək, ona hücum edib. Nəticədə, Bayramovun biri döş qəfəsinə də nüfuz etməklə bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbələri endirib. Lakin məhkəmə-tibb ekspertinin fiziki müqaviməti sayəsində F.Azadzadə öz məqsədinə çata bilməyib və hadisə yerindən qaçıb.
Hadisə ilə əlaqədar Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, F.Azadzadə saxlanılıb və istintaq aparılır.
Hazırda Fazil Bayramovun sağlamlıq durumu qənaətbəxş olmaqla ciddi həkim nəzarətindədir, tibbi müayinələr davam edir.

 

 

Maqazin

“Hamilə idim…” – “Toppuş bacı” xəstəliyindən danışdı

14:47, 08.08.2018143
  • A
“Hamilə idim, qanaxma başladı və uşağı tələf etməli oldum. Abortdan sonra həkimlər gördülər ki, uşaqlıq yolunda şiş var. Şiş əkildi və nəticədə bədxassəli olduğu aşkarlandı”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib.
Bir neçə gün əvvəl xərçəng olduğu aşkarlanan və əməliyyat edilən aktrisa səhhətindən danışıb. “Toppuş bacı” ləqəbli aktrisa xəstəliyinin qəfildən ortaya çıxmasından danışıb:
“Qəfildən olmadı. Bir aydır bilirdim, gizlədirdim. Eşidəndə çox pis oldum, ağladım. Millət vəkilimiz Qənirə Paşayevaya zəng etdim, danışdım. Onun məsləhəti ilə onkoloji xəstəxanaya yollandım. Eroziya olub, papiloma virusum var imiş. Mən də vaxtında müalicə etdirməmişəm. Uşağım düşəndə bəlli oldu, ginekoloqum şübhələndi. Şiş əkildi və bədxassəli olduğu ortaya çıxdı”.
T.Əliyeva sosial şəbəkələrdə ünvanına yazılan fikirlərə aydınlıq gətirib. O, mədəsini kəsdirdiyi üçün xərçəngə yoluxması haqda xəbərlərə etiraz edib:
“Mədəmi kəsdirməyimlə xərçəng olmağımın heç bir əlaqəsi yoxdur. Sadəcə immunitetim aşağı olub. Yeməmişəm, orqanizmimdə immunitet azalıb. Xəstəlik də bundan yaranıb. Hazırda yaxşıyam.
Ayın 14-də analizimin cavabı gələcək. Yaxınlarım, ailəm səbirsizliklə onu gözləyir. İnşallah, cavab yaxşı çıxar. Xəstəxanada da qulluğumda dururdular, tez ayağa qalxdım. Günlərlə yerdə yatacaq adam deyiləm. Bir neçə gündən sonra xına mərasimlərimə qayıdacam. Məni sevənlərin gözünü yolda qoymayacam”.

 

 

SOSİAL

Qubada 4 yaşlı uşaq toyda itdi – Şadlıq evindən 2 km aralıda tapıldı

14:29, 08.08.20181008
  • A
Qubada 4 yaşlı uşaq toyda itdi - Şadlıq evindən 2 km aralıda tapıldı
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 7-də axşam saatlarında Quba Rayon Polis Şöbəsinə rayondakı şadlıq saraylarının keçirilən toy məclisi zamanı qonaqlardan birinin azyaşlı uşağının itməsi barədə məlumat daxil olub.
Dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.
Keçirilmiş axtarış tədbirləri nəticəsində qısa bir zamanda 4 yaşlı oğlan uşağı şadlıq sarayından 2 kilometr aralıda tapılaraq rayon polis şöbəsinə gətirilib və ailəsinə təhvil verilib.
Uşağın valideynləri övladlarının bir saatdan az vaxtda tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və axşam saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

 

 

Maqazin

“Ömür boyu paltarlarımı geyinmisən” – Elnarədən Röyaya sərt sözlər

13:53, 08.08.20181923
  • A
Əməkdar artist Röya Ayxanla müğənni Elnarə Xəlilova arasındakı qalmaqal daha da böyüyüb. 
Xəlilova  Uitni Hyustonun “I have nothing” mahnısını İnstaqramında paylaşıb. İzləyicilər paylaşıma ifaçının Röyaya söz atdığını yazıblar. Bir çoxları mahnını Röyanın “Mənə sevgindən bəhs et”inə bənzədiblər. Hətta bəstəkar Muxtar Abseynov da ona “Mən bildim” şərhini yazıb. Elnarə ona “Elə bildim Röyanın mahnısıdır” şərhini yazan izləyicisinə “Oxşayır, yox?” cavabını verib. Röya isə Elnarənin həmin paylaşımını paylaşaraq onu tənqid edib.
Xəlilovanın qarşı tərəfə cavabı gecikməyib. O, paylaşım edərək Röyanın ünvanına sərt sözlər deyib:
“İcazə verirsən bu videonu paylaşım? (Fatihə surəsini paylaşıb – red.) Yoxsa bunu da özünə götürəcəksən? Bütöv bir verilişi (“Hər şey daxil” verilişini nəzərdə tutur -red.) mənə həsr etdiyinizə görə demək ki, haqlıyam. Həyatda hamıdan hər şey görmüşəm. Amma səndən bunu gözləmirdim. Qarabağlılara yox, barı tonla kəsdiyimiz çörəyə hörmət edəydin. Mənə “çox sağ ol” demək əvəzinə ünvanıma yazdığın sözlərə bax. Mahnı mahnıya oxşayar da. Mahnını mahnıdan götürərlər. Sənin ünvanına bir söz deyən oldu Röya Ayxan? Mahnında problem var, get onu düzəldənlərin boğazından yapış ki, ətək-ətək pul tökmüşəm sizə, bu nədi eləmisiz? Məni niyə iynələyirsən? Ey ulduzların ulduzu… Ey starların starı. Ey əməkdarların əməkdarı.
Sənə ancaq tərif yağdıranda xoşuna gəlir? Səndə qüsur ola bilməz? Sənin ən böyük problemin də elə budur. Özünə o qədər vurğunsan ki, gözün özündən başqa heç kimi görmür. Bilsəydim özünü təsdiq etmək üçün efirdə erməni mahnısı oxuyanın ümidinə qalacaqsan, heç sənə kömək eləməzdim. Bir düz-əməlli adam yox idi çıxarasız ora? Yazıq Tolik qalmışdı kəkələyə-kəkələyə. Bilmirdi sənin sifarişini yerinə yetirsin, yoxsa veriliş aparsın. Canım, ay Tolik! Səni və Röyanı nə qədər çox istəyirəm bunu yalnız Allah bilir. Amma məhkəmə quranda heç olmasa, qarşı tərəfdən çox demirəm, bircə nəfər obyektivlik üçün çağırmalıydız. Yoxsa elə özünüz çaldız, özünüz oynadız.
Hələ o jurnalist etiraf edir öz diliylə ki, bəli, Elnarə reklam simasıdır. Sonra da deyir iş gör. Mən iş görməsəm, trend olmasam, tələbatlı olmasam bu qədər şirkətlər məni özlərinə sima seçər? Sən də oxuyursan, mən də. Sənin öz izləyicin, mənim öz… Sən də klip çəkdirirsən, mən də… Sən də Türkiyədə iş gördürürsən, mən də… Sən konsert verirsən, mən uşaq doğuram. Bu da mənim konsertim və uğurumdur. Sən birini də verirsən, mən birini də doğuram. Nəyi pisdi ki… Səndə o var. Məndə bu. Sən konsert verirsən, mən təhsil alıram. Buna da zaman gedir”.
Elnarə Röyanın “Unutmadınızsa, təhsilinizin çətin dönəmində Allah məni sizə yetirmişdi. Xırdalamayaq, düzdürmü? Hara, necə, nə cür…” sözlərinə belə cavab verib:
“Yeri gəlmişkən, təhsil dedim, təhsil yadıma düşdü. Bütün Azərbaycan bilir ki, mən pulsuz təhsil almışam, söhbət sənin mənə guya verdiyin hansı təhsilin haqqından gedir? Bir var yalan, bir də var ağ yalan. Belə olmaz, bacım. Ömür boyu mənim paltarlarımı geyinmisən. İndi “modnu” olmusan, məni bəyənmirsən? Bir dedin, susdum. İki dedin, susdum. İndi də Elnura sifarişlə yazı yazdırmısan ki, Elnarə zövqsüzdür. Utanıram, sadəcə hər ikinizin yerinə. Bir əski parçası, dünya malı insanlıqdan dəyərli olarmış. Sonda sizin öz sözünüzlə bitirmək istəyirəm.
Bir halda ki, səni milyonlar sevir məni heç kim, ey milyonların sevimlisi dünya şöhrətli ulduz, siz dediyiniz məntiqlə yanaşsaq, əgər keyfiyyətə deyil, kəmiyyətə nəzər salsaq, onda Azərbaycanda hal-hazırda 2 ulduz var. Biri Damla, digəri də Üzeyir. Onunla deyil axı, düzdür? Tolik demiş, adamı gərək Allah istəsin.
Allahıma çox şükür, nəyim yoxdu sənə paxıllıq edəm? Ərin var, ərim yoxdu? Oğlun var, oğlum yoxdu? Qızın var, qızım yoxdu? Yerdə qalanı da yuxarıda sadaladım. Birdən elə bilərsən sənlə dava edirəm ha, qətiyyən ağlına elə şey gətirmə. Sadəcə köhnəlmiş münasibətlərimizi aydınlaşdırdım, vəssalam. Səni yenə də çox sevirəm. Unutma, uman yerdən küsərlər”.
///Axşam.az

 

 

SAĞLAMLIQ

Kişilər bu səbəbdən… – Cinsi zəiflik, xroniki stress, irsi faktor

13:38, 08.08.20188115
  • A
Kişilər bu səbəbdən… – Cinsi zəiflik, xroniki stress, irsi faktor
– Vitamin azlığı, cinsi zəiflik, xroniki stress, irsi faktor, depressiya saç tökülməsinə səbəb olur.
– Bədəndə olan testesteron təpə nahiyəsinə toplanır və yaranan iltihab nəticəsində saçlar tökülməyə başlayır.
– Hər 20 kişidən biri keçəlləşmədən əziyyət çəkir. Son vaxtlar isə dazlaşma gənclər arasında da geniş yayılıb.
Saç Əkimi Mərkəzinin rəhbəri, Health Baku Medical Center Klinikasının baş həkimi Dr. Şahrud Əhmədzadə saç əkimində XXI əsrin qızıl standartı – Follikulyar Unit Ekstraksiyonu (FUE) üsulu ilə Avropa protokollarına uyğun olaraq eksklüziv saç əkimi həyata keçirir.
– Proses ağrısız və ümumi keyitmə olmadan həyata keçirilir. Yalnız hansı nahiyəyə saç əkiləcəksə, həmin hissələr yerli keyitmə yolu ilə keyidilir. Proses 4-8 saat ərzində icra olunur.
– Saç kökləri (follikulyar unit) baş dərisinin arxa və yan hissələrindən bir mikromotor köməyi ilə diqqətlə çıxardılır. Sac əkilməsində əkiləcək olan saçlar şəxsin öz qıl kökləridir.
Azxeber.com və Klinik.az portallarında qeydiyyatdan keçən xəstələrə xüsusi endirim olunur. Oxucularımız saç əkimində 1 qreftə görə 1 AZN deyil, cəmi 60 qəpik ödəyəcək, bununla yanaşı limitsiz kampaniyadan cəmi 1400 AZN-ə faydalanacaqlar. Üstəlik 6 seans prp hədiyyə olacaq.
Saçlar həm sağlamlıq, həm də gözəllik deməkdir! Daha komplekslərlə yaşamağa dəyməz! Cəmi 4 saata əvvəlki saçlarına sahib ol!
Qəbula yazılmaq istəyən xəstələrin öncədən qeydiyyatdan keçməsi xahiş olunur!
 
Əlaqə telefonu: (050) 626-90-90

 

 

SOSİAL

Qeyri-qanuni avtobus biletləri satanlar kimlərdir? – RƏSMİ

13:36, 08.08.20181569
  • A
Qeyri-qanuni avtobus biletləri satanlar kimlərdir? - RƏSMİ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rayonlararası və şəhərlərarası qeyri-qanuni avtobus biletlərinin satılması məsələsinə münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, Xidmətin mətbuat katibi Nuridə Allahyarova Trend-ə bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeyri-rəsmi bilet satılması mümkünsüzdür.
O qeyd edib ki, həm DANX-ın, həm də BBAK-ın əməkdaşları bütün günü bu məsələ ilə bağlı müşahidələr aparırlar və bu cür halların baş verməsinə imkan vermirlər:
“Respublika üzrə 60 avtovağzal və avtostansiya mövcuddur və onların hər birində DANX-nin yerli əməkdaşları müşahidələr aparır. Yəni regionlarda da avtovağzallarda daim müşahidə aparılır və qeyri-qanuni bilet satışı mümkün deyil”.
N.Allahyarova bildirib ki, regionlarda qeyri-qanuni avtobus biletinin satışı yalnız qeyri-qanuni sərnişindaşıma həyata keçirən daşıyıcılar tərəfindən edilə bilər və bu cür hallar Avtovağzalın özündə yox, kənarda baş verə bilər:
“Biz bununla bağlı ölçü götürülməsi üçün müşahidələr aparırıq və aidiyyəti qurumlara, Dövlət Yol Polisinə müraciət edirik. Çünki bizim qeyri-qanuni daşımalar həyata keçirənlərə qarşı tədbirlər görmək səlahiyyətimiz yoxdur. Ancaq qanuni, yəni DANX-nin nəzarət etdiyi daşıyıcılar hər hansı bir süni qiymət artımına və ya əldən bilet satışına yol verərlərsə, biz dərhal tədbir görərik, lakin qeyri-qanuni daşıyıcılara görə biz sadəcə məlumat alıb aidiyyəti qurumları xəbərdar edə bilərik”.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə qeyri-qanuni bilet satışı ilə bağlı məlumatlar yayılmışdır. Belə halların əsasən regionlarda müşahidə edildiyi qeyd edilir.

 

 

Related Articles