İCRA BAŞÇISININ BACISI OĞLU FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – YENİLİK.AZ

İCRA BAŞÇISININ BACISI OĞLU FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Əbilov Daşqın Tapdıqəli oğlu batıb.

Yenilik.az Unikal.org-a istinadən xəbər verir ki, suda boğularaq həyatını itirən 27 yaşlı gənc Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun bacısı oğludur.

Onun cəsədi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə ailəsinə təhvil verilib.

Allah rəhmət eləsin!

Related Articles