AD, ATA ADI VƏ SOYADIN DƏYİŞDİRİLMƏSİ QAYDALARINDA DƏYİŞİKLİK – BAŞ NAZİR QƏRAR İMZALADI – YENİLİK.AZ

AD, ATA ADI VƏ SOYADIN DƏYİŞDİRİLMƏSİ QAYDALARINDA DƏYİŞİKLİK – BAŞ NAZİR QƏRAR İMZALADI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Azərbaycan Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə əsasən, qaydaların 6-cı (Adın, ata adının və soyadın dəyişdirilməsi) maddəsinə “Qeyd” əlavə olunub. Əlavədə vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.
AZXEBER.COM

Related Articles