BAKIDAKI MƏŞHUR BANKIN 650 MİNLİK ƏMLAKI SATIŞA ÇIXARILDI – YENİLİK.AZ

BAKIDAKI MƏŞHUR BANKIN 650 MİNLİK ƏMLAKI SATIŞA ÇIXARILDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Texnikabank” və “Kredobank”ın daşınmaz əmlakını satışa çıxarıb.
Müvafiq hərrac avqustun 13-də keçiriləcək.
“Kredobank”ın satışa çıxarılan əmlakı Badamdar qəsəbəsində yerləşən 60,3 kv.m sahəli üçotaqlı evdir. Mənzilin ilkin satış qiyməti 59 min 568 manatdır.
Hərracda iştirak etmək istəyən vətəndaş 1192 manat məbləğində haqq ödəməlidir. Satılan evə görə beh isə ilkin qiymətin 5 faizi civarında – yəni, 2978 manat təşkil edir.
“Texnikabank”a məxsus daşınmaz əmlak isə qeyri-yaşayış sahəsidir. Bu əmlak sentyabrın 3-də keçiriləcək hərracda satışa çıxarılacaq. Paytaxtın Səbail rayonunda yerləşən və sahəsi 119,8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin qiyməti 650 min 130 manatdır. Hərracda iştirak etmək istəyən 5000 manat haqq, əmlakı aldıqda isə 32 min 507 manat beh ödəməlidir.(oxu.az)

Related Articles