SAKİNLƏR EVLƏRİNƏ KÖÇƏ BİLMİR-“GALAXY” MMC BİNANI TƏHVİL VERMİR – YENİLİK.AZ

SAKİNLƏR EVLƏRİNƏ KÖÇƏ BİLMİR-“GALAXY” MMC BİNANI TƏHVİL VERMİR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bizimyol.info-ya müraciət edən Bakı şəhəri akademik Həsən Əliyev küçəsi 50 ünvanında inaş edilmiş çoxmərtəbəli yaşayış binasının sakinləri “Galaxy” MMC tikinti şirkətindən mənzil aldıqları binanın istifadəyə verilməməsindən şikayətçidirlər.

“Uzun zaman keçsə də, bu günə qədər həmin bina istifadəyə verilməyib. Binanın heç bir kommunal şəraiti yoxdur, təbii qaz, su elektrik enerjisi ilə təchiz olunmayıb.Sakinlərin burda təmir işləri aparması və köçüb yaşaması üçün şərait yoxdur”,-deyə müraciətdə bildirilib.

Sakinlər qeyd edib ki, binanın ətrafında da xoşagəlməz vəziyyət hökm sürür: “Binanın ətrafında dərin çökəklər, quyular, atılıb qalmış inşaat tullantıları və başqa lazımsız qalıqlar ətraf binalarda yaşayan, ordan keçən insanlar üçün də həyati təhlükə daşıyır”.

Şikayətçilər bildirib ki, binanı inşa etmiş şirkətin rəsmi rəhbərliyinə və binanın faktiki sahibi olan Sahib İbrahimova dəfələrlə müraciət olunsa da, heç bir tədbir görülmür: “Sahib İbrahimov biz sakinləri qəbul etməyib. MMC rəhbərliyi bizə “gedin kimə istəyirsiniz şikayət edin” deyir. Bu vəziyyət insanları canından belə bezdirib”.

Məsələ ilə bağlı “Galaxy” MMC şirkətinin mövqeyini dərc etməyə hazırıq.

Related Articles