AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ: UNİVERSİTET MÜƏLLİMİ ÖZÜNÜ YANDIRDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.
Yenilik.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.
Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top