EKSTRASENS ZİRƏDDİN XAÇATURYANIN QƏTLİNİ ARAŞDIRIR – FOTO/VİDEO – YENİLİK.AZ

EKSTRASENS ZİRƏDDİN XAÇATURYANIN QƏTLİNİ ARAŞDIRIR – FOTO/VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Rusiyanın “Komsomolskaya Pravda” nəşri üç qızı tərəfindən öldürülən atanın qətlinin araşdırılması məsələsinə azərbaycanlı ekstrasens Zirəddin Rzayevi cəlb edib.

Xatırladaq ki, iyunun 27-də Moskvada Mariya, Angelina və Krestina Xaçaturyan bacıları doğma ataları Mixail Xaçaturyanı qətlə yetirib.

Bacılar deyib ki, ataları zalım və tiran olub. Evdəkiləri döyüb, silahla təhdid edib, bayıra çıxmasına və hətta telefonla danışmasına icazə verməyib. Qızlarına xadimə kimi baxıb. Ən dəhşətlisi isə, qızlar deyib ki, ataları onlara təcavüz edib.

Bununla yanaşı, Xaçaturyanın qohumları bildirirlər ki, bacılar yalan danışırlar.

Oxu.Az xəbər verir ki, həqiqətləri öyrənmək üçün “KP” 2008-ci ildə “Ekstrasenslərin mübarizəsi” telelayihəsinin 6-cı mövsümünün qalibi azərbaycanlı ekstrasens Zirəddin Rzayevin köməyindən istifadə etmək qərarına gəlib.

Qəzet yazır ki, lazımi mərtəbəyə qalxan Zirəddin qapıya toxunub, bir müddət sakit qaldıqdan sonra deyib:

“Bura çox pis mənzildir, burada şər yaşayır. Hələ də oradan soyuq gəlir. Burada xoşbəxtlik yoxdur və insanlar arasında harmoniya olmayıb. Bu mənzil deyil, həbsxanadır…”

Mixail və qızlarının fotosuna baxan zaman ekstrasens deyib ki, kişi vəhşi heyvan kimi olub:

“Başa düşürsünüz, o, bütün dünyanın onun ətrafında fırlanmasına öyrəşmişdi. Başqalarının fikri onu maraqlandırmırdı. O, belə yaşayırdı”.

Ekstrasensin sözlərinə görə, Xaçaturyan zalım olub və qızları da yalan danışmır:

“Qızlar doğru danışır ki, o zalım və ağır xasiyyətli olub, – Rzayev deyib. – Təcavüz və seksual zorakılıqla bağlı isə yalan danışırlar. Belə bir hadisə olmayıb. Onlar belə bir şeyi fikirləşiblər ki, ətrafdakılar onların hərəkətinə haqq qazandırsın.

Sizə necə başa salım… Mixail Xaçaturyan qızlarını şəxsi mülki hesab edirdi. Ailə başçısı qızlarının onun adına ləkə gətirməsindən qorxurdu”.

Related Articles